84 saat sonra daha 3 nəfər dağıntılar altından çıxarıldı 

84 saat sonra daha 3 nəfər dağıntılar altından çıxarıldı 

Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində dağılan iki binanın dağıntıları altından daha 3 nəfər xilas edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” informasiya agentliyi məlumat yayıb. 

 

Bildirilir ki, 84 saat sonra xilas edilən şəxslərdən ikisi qadındır.

 

6 mərtəbəli binaların dağıntıları altından çıxarılan şəxslər xəstəxanaya aparılıb.

 

Akif İsmayılov 

Mənbə

Share: