89 milyon dollarlıq müqavilədən imtina etdi

89 milyon dollarlıq müqavilədən imtina etdi

“Los-Anceles Leykers”in müdafiəçisi Ostin Rivzivz klubun müqavilə uzatma təklifini rədd edib

Milletinsesi.az xəbər verir ki, o, 2026-cı ildə sərbəst agent kimi bazara çıxmağı planlaşdırır.

“The Athletic” nəşrinin məlumatına görə, “Leykers” 27 yaşlı amerikalıya 4 il üçün 89,2 milyon dollarlıq yeni müqavilə təklif edib. Rivz isə 2023-cü ildə klubla 54 milyon dollarlıq 4 illik razılaşma imzalamışdı.

Basketbolçu 2024/25 mövsümündə 73 oyunda iştirak edib, orta hesabla 20,2 xal, 4,5 ribaund və 5,8 assistlə yadda qalıb. Rivz 2026-cı yayda daha sərfəli müqavilə əldə etməyi hədəfləyir

Share: