BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Avqust 19 2019

Millətin Səsi

İki futbolçumuz “Malaqa”nın düşərgəsində

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının iki futbolçusu – Mehrac Baxşəliyev və Gülağa Əsədov İspaniyaya yola düşüblər. “Qəbələ” klubunun üzvləri AFFA-nın dəstəyilə təşkil olunan səfər çərçivəsində “Malaqa” klubunda bir aylıq təcrübə keçəcəklər. Qeyd edək ki, bir müddət əvvəl İspaniya mətbuatı səviyyəcə ikinci liqada çıxış edən “Malaqa”nın Azərbaycan millisinin və ...

Davamı

Londonda əsrin boşanması başladı, ortada 6 milyard dollar var

Londonda bu həftə Dubay şahzadəsi Həya Bint əl-Hüseynlə onun əri, Dubay hökmdarı Məhəmməd bin Rəşid əl-Məktum arasında yerli mətbuatın yazdığı kimi “əsrin boşanması” başlayır. Virtualaz.org “The Daily Mail” qəzetinə istinadla xəbər verir ki, Dubay hökmdarının Londona qaçmış arvadı ondan boşanmaq üçün Böyük Britaniyaın ən məşhur vəkili, vaxtilə şahzadə Diana ilə ...

Davamı

Bu şəxslərə qarğıdalı yemək olmaz

Bişmiş qarğıdalı yayın ən ləzzətli təamıdır. Lakin qarğadalının çoxsaylı faydalarına baxmayaraq bəzi xəstəliklər və pozulmalar zamanı bu tərəvəzin istehlakı arzuolunmaz sayılır. Saglamolun.az sizə bu pozulmaların siyahısını təqdim edir: – Qarğıdalının çoxlu miqdarda istehlakı qanın qatılaşmasına gətirib çıxardır. Bu səbəbdən qan laxtalanması sistemində problemləri olan, tromblaşmaya meylli, tromboflebitdən (damarların iltihabı) əziyət ...

Davamı

Tramp milyarderin arvadını BMT-yə səfir təyin etdi

ABŞ Senatı Kelli Kraftı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təsdiqləyib. Milletinsesi.az xəbər verir ki, bu məlumatı “Röyter” yayıb. Məlumata görə, Kraftın bu vəzifəyə namizədliyini 56 senator dəstəkləyib. Qeyd edək ki, Kelli Kraft bu vaxta qədər ABŞ-ın Kanadadakı səfiri vəzifəsini tutub. O, milyarder Cozef Kraftın həyat yoldaşıdır.  

Davamı

TV-lərə inam ölür, yeni resurslar güclənir

Son 10 ildə əsas informasiyanı televiziyalardan alan rusiyalıların sayı 94%-dən 72%-ə qədər azalıb. Milletinsesi.az xəbər verir ki, bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Məlumata görə, bu dönəm ərzində televiziyalara etibar edənlərin sayı 79%-dən 54%-ə düşüb. Bununla belə, televiziyalar hələ də Rusiyada ən populyar informasiya mənbəsi statusunu ...

Davamı

Tərlan Əhmədov futbolçularından razıdır

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində qardaş ölkənin birinci liqa təmsilçisi “Osmanlıspor”la qolsuz bərabərə qaldıqları oyunu şərh edib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, komandasın sərgilədiyi oyundan razı qaldığını bildirib: “Futbolçuların oyunda nizam-intizamı yaxşı səviyyədə idi. Baxmayaraq ki, məşqlərdə həm də ağır yükləmələr olur, komanda ...

Davamı

Azərbaycan qazını Avropaya daşıyacaq kəmərlə bağlı YENİ XƏBƏR

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) boru kəmərinin quru hissəsinin tikintisi çərçivəsində Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların 99 faizi qaynaq edilib. XəzərXəbər xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Qeyd edək ki, TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada boruların tikintisinə başlanılıb. Melendugno ...

Davamı

Sabahın hava proqnozu açıqlandı

Avqustun 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milletinsesi.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 30-35, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi ...

Davamı

“Qarabağ” yenidən “Tofiq Bəhramov”da

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə cavab oyununun stadionu və  başlama saatı açıqlanıb. Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ikinci matç avqustun 13-ü yerli vaxtla saat 20:30-da başlayacaq. Xatırladaq ki, Ağdam təmsilçisinin Kipr klubu ilə ilk görüşünə isə avqustun 6-ı Bakı vaxtı ...

Davamı

Azərbaycanda 14 nəfər qidadan zəhərləndi

Bu ilin iyul ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1632 müraciət daxil olub. AQTA-dan verilən məlumata görə, daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub. Qida zəhərlənmələri ilə bağlı agentliyə 41 müraciət daxil olsa da, onlardan ...

Davamı