BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə axşamı , Noyabr 14 2019

Millətin Səsi

Abşeronda villa qarət edilib

Abşeron rayonunda bağ evindən külli miqdarda oğurluq edilib. Trend-in məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində baş verib. Naməlum şəxslər Poladova Nuranə Asif qızının Masazır qəsəbəsi, S.Aşıq küçəsində yerləşən bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla daxil olaraq evdən 53 min 500 manat dəyərində məişət və geyim əşyalarını oğurlayıblar. Faktla bağlı Abşeron ...

Davamı

Messi yeni müqaviləyə tələsmir

“Barselona”nın kapitanı Lionel Messi klubu ilə müqaviləsini yeniləməyə tələsmir. Qol.az “Marca”ya istinadən xəbər verir ki, argentinalı hücumçu qərar vermək üçün münasib vaxt olmadığını düşünür. Onun mövsümün sonunda Kataloniya klubu ilə danışıq aparmaq niyyətində olduğu bildirilir. Messi həmin vaxt hansı fiziki formada olmasını və klubun vəziyyətini görmək istəyir. Ancaq 32 yaşlı ...

Davamı

Rafiq Quliyev icra başçısı təyin edilidi

Azərbaycan Respublikası Prezidenti Rafiq Çəpərxan oğlu Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir: Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Davamı

Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb. Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, üç mərhələdə keçiriləcək təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ...

Davamı

Metronun 2 stansiyasının adı dəyişdiriləcək

“Bakı Metropoliteni” QSC “Ulduz” və “Xalqlar Dostluğu” stansiyalarının adlarını dəyişmək istəyir. Bu barədə qurumun baş mühəndisi Əlixan Osmanov məlumat verib. “Ulduz” stansiyasının “Böyükşor” adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan “Xalqlar dostluğu” stansiyası üçün isə bir neçə ad təklif etmişik. Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və ...

Davamı

İlham Əliyev yeni başçı təyin etdi – 2 sərəncam

Azərbaycan Respublikası Prezidenti İlqar Abbasovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir. İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin. Prezidentin digər sərəncamı ilə İlqar Abbasov Suraxanı rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib.  

Davamı

Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək ölüb

Bakı Şəhər Prokurorluğu paytaxtın Xətai rayonu, Ağ şəhər ərazisində iki nəfərin kanalizasiya quyusunda ölməsi ilə bağlı məlumat yayıb. Bakı Şəhər Prokurorluğundan Milletinsesi.az-a verilən məlumatda bildirilir ki, noyabrın 11-i səhər saat 08 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazsində yerləşən “Ağ şəhər”də ...

Davamı

ABŞ yeni lazer silahı istehsal edəcək

ABŞ ordusu dronları, helikopterləri, sabit qanadlı təyyarələri və düşmən raketlərini 50 kilovattlıq “lazer atışı” ilə məhv etmək üçün lazer silahı hazırlamağı planlaşdırır. Milletinsesi.az ordu.az-a istinadən xəbər verir ki, “Stryker” zirehli texnikasına yerləşdiriləcək lazer silahı 2022-ci ilə qədər istismara verilə bilər. Məlumata görə, “Northrop Grumman” və “Raytheon” şirkətləri ilə silahın hazırlanması ...

Davamı

“WhatsApp” bu istifadəçiləri bloklamağa başlayıb

“WhatsApp” messenceri qaydaları pozan qrupların istifadəçisi olan telefon nömrələrini bloklamağa başlayıb. Milletinsesi.az xəbər verir ki, bu barədə “iXBT.com” portalı yazıb. Məlumata görə, istifadəçilərdən bu tip şikayətlər son bir neçə həftədə gəlməyə başlayıb. “WhatsApp” idarəçiləri şikayət olunan qrupların adlarında qaydalara zidd əlamətləri aşkar ediblər.(baku.ws)

Davamı

Daha 5 istiqamətdə avtobusların gecə reyslərinin açılması planlaşdırılır

Daha 5 istiqamətdə avtobusların gecə reyslərinin açılması planlaşdırılır. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, mart ayınadək Qaz, Zaqatala, Balakən, Lənkəran və Masallı istiqamətində avtobusların gecə reysləri açılacaq. Buna səbəb sərnişinlərin çoxsaylı müraciətləridir.

Davamı