BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Avqust 19 2019

Millətin Səsi

ABŞ hər kəsi təhdid etdi: İran tankerinə görə…

İran neftini daşıyan Qreys-1 tankerinin ekipajını ağır nəticələr gözləyir. Milletinsesi.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus deyib. Qreys-1 İran İslam İnqilabı Keşikçiləri Korpusuna yardım edib, İrandan Suriyaya neft daşıyıb. Bu, Qreys-1-lə əlaqəli olan hər kəs üçün ciddi nəticələrə gətirib çıxara bilər”, – o bildirib. Qeyd ...

Davamı

“Real” ukraynalı qapıçını icarəyə göndərdi

“Real” qapıçısı Andrey Lunini icarəyə verib. Milletinsesi.az Qol.az-a istinadən  xəbər verir ki, 20 yaşlı qolkiper La Liqanın digər təmsilçisi “Real Valyodolid”ə keçib. Klubun rəsmi saytı ukraynalı qapıçı ilə 1 illik müqavilə imzalandığını açıqlayıb. Qeyd edək ki, Madrid klubu Lunini 2018-ci ildə “Zarya”dan 8,5 milyon avroya transfer edib. Gənc qapıçı ötən ...

Davamı

Arxeoloqlar Narın-Qalada qədim yaşayış məskəni tapıblar

Rusiya Elmlər Akademiyasının Dağıstan Milli Mərkəzinin arxeoloq və etnoqrafları Dərbənddəki məşhur Narın-Qalada günümüzədək yaxşı vəziyyətdə çatmış və içərisində təsərrüfat inventarı olan qədim yaşayış məskəni tapıblar. Milletinsesi.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə TASS agentliyinə arxeoloji ekspedisiyanın rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, qazıntılar zamanı bütöv halda qalmış ...

Davamı

Bakı, Tehran və Moskva arasında razılaşma imzalandı

Rusiya, Azərbaycan və İran bu üç ölkənin enerji sistemləri arasında “Şimal-Cənub” enerji dəhlizinin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının birgə hazırlanması barədə razılaşma imzalayıblar. Milletinsesi.az  xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Sistem operatoru” şirkəti yayıb. Məlumata görə, razılaşma 12 avqustda imzalanıb. Rusiya tərəfindən razılaşmaya “Sistem operatoru”, “Rosseti”, Azərbaycandan “Azərenerji”, İrandan isə ...

Davamı

Əliyarın idarə etdiyi oyunda 4 qol, 2 sarı vərəqə

Əliyarın idarə etdiyi oyunda 4 qol, 2 sarı vərəqə

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsində LASK  (Avstriya) – “Bazel” (İsveçrə) görüşünü idarə edib. Qol.az xəbər verir ki, meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldikləri oyunda  Ağayev 35 kobudluq qeydə alıb. Bunlardan 20-ni ev sahibləri, 15-ni qonaqlar edib. Referimiz futbolçulara iki rəsmi xəbərdarlıq edib. O, hər ...

Davamı

BQXK Ermənistan Ordusunun Azərbaycan Ordusuna təslim olmuş fərari hərbçisi ilə bağlı danışıqlar aparır

BQXK Ermənistan Ordusunun Azərbaycan Ordusuna təslim olmuş fərari hərbçisi ilə bağlı danışıqlar aparır

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistan Ordusunun fərari hərbçisi ilə bağlı ikitərəfli danışıqlara başlayıb. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, təmsil etdiyi komitə bu məsələ ilə bağlı aidiyyəti qurumlarla ikitərəfli dialoq aparır. İ.Hüseynova həmçinin qeyd edib ki, BQXK mandatına uyğun olaraq saxlanılan şəxslərə ...

Davamı

80 yaşlı qadın özünü asdı

80 yaşlı qadın özünü asdı

Gəncə şəhərində 80 yaşlı qadın özünü öldürüb.  “Qafqazinfo”nun verdiyi xəbərə görə, Gəncə şəhər sakini, 1939-cu il təvəllüdlü İdnoyeva Zərinə Qara qızı saat 19 radələrində yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Davamı

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban paylamağı başa çatdırdı

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban paylamağı başa çatdırdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılması bu gün də davam edib. Milletinsesi.az xəbər verir ki, Heydər Əliyev Fondunın məlumatına görə, avqustun 11-dən etibarən başlayan və Bakının rayonları, eləcə də respublikanın bütün regionlarını əhatə edən layihə zamanı 70 ...

Davamı

Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılır

Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılır

Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılır. Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyənin Dövlət Hava Meydanları İdarəsinin rəhbəri Hüseyin Keskin məlumat verib. O bildirib ki, bu istiqamətdə davam edən danışıqlar artıq yekunlaşıb. Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə əldə olunan yeni razılığa əsasən açılacaq bu hava dəhlizi vasitəsilə Türkiyədə ...

Davamı

Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin işçilərinin maaşları artırılıb

Milletinsesi.az xəbər verir ki , Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin işçilərinin aylıq vəzifə maaşları artırılıb. Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib. Beləliklə, Mərkəzin rəisinin maaşı 572 manatdan 790 manata, Mərkəzin rəisinin müavininin maaşı 451 manatdan 625 manata, ...

Davamı