BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Fevral 28 2020
Son xəbərlər
Ana səhifə / Millətin Səsi (page 6)

Millətin Səsi

İtaliyada koronavirusdan ölənlərin sayı 11-ə çatıb

İtaliyada koronavirus qurbanlarının sayı 11-ə, yoluxanların sayı isə 322 nəfərə çatıb. Milletinsesi.az oxu.az-a istinadən xəbər verir ki, virusun son qurbanı 84 yaşlı kişidir. Ümumilikdə isə İtaliyada koronavirusdan vəfat edənlərin orta yaş həddi 80-dir. Bu gündən başlayaraq, dövlət qurumları karantinə götürülən yaşayış məntəqələrinin siyahısını dərc edib.

Davamı

Qeyri-formal məşğulluğun qarşısının alınması üçün görüləcək işlər açıqlandı

Prezident İlham Əliyevin “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 25 fevral 2020-ci il tarixli Fərmanı ölkəmizdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyaların geniş tətbiqi şəraitində səmərəliliyinin artırılmasına xidmət edir. Əmək və Əhalinin Sosial ...

Davamı

“Çelsi” hələ belə uduzmamışdı

Çempionlar Liqasının 1/8 finalında Londonda “Bavariya”ya uduzan (0:3) “Çelsi” antirekord müəyyənləşdirib. Qol.az xəbər verir ki, bu, “zadəganlar”ın avrokuboklar tarixində ilk böyükhesablı ev məğlubiyyəti olub. London klubu həm də doğma meydanda Almaniya komandaları ilə qarşılaşmalarda ilk dəfə böyük hesabla uduzub. Qeyd edək ki, “Bavariya” və “Çelsi” arasında cavab görüşü martın 18-də ...

Davamı

Çinlilər rekord sayda mobil oyunlar yükləyiblər

Fevral ayının son iki həftəsində mobil oyunların yüklənmə sayı ötən il ümumi yüklənilən oyunlardan çoxdur. Milletinsesi.az ted.az-a istinadən bildirir ki, bu haqda App Annie analitik şirkətinin məlumatında deyilir. Məlumata görə, Çinlilərin ən çox yüklədikləri tətbiqlər sırasında qarantin rejimində təhsilini davam etdirmək üçün lazım olan proqramlardır. Lakin ən çox yüklənilən tətbiqlər ...

Davamı

Arxeoloqlar qədim dövrə aid itmiş şəhər aşkar etdilər

ABŞ-ın Çikaqo Şərq İnstitutunun arxeoloqları tərəfindən Antik Krallığın itmiş şəhəri aşkar edilib. Milletinsesi.az oxu.az-a istinadən xəbər verir ki, alimlər Türkiyənin cənubunda Türkmən-Karahöyük adlanan ərazidə araşdırma aparıblar. Orada suvarma kanalı olan bölgədə Tunc və Dəmir dövrlərinə aid, Luvi dilində yazıları olan böyük bir daş lövhə tapıblar. Mətndə Hartap şahın Frigiya üzərində ...

Davamı

İlham Əliyev Ərdoğana zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Milletinsesi.az xəbər verir ki, dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyənin firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident ...

Davamı

Sabahın HAVA PROQNOZU açıqlandı

Fevralın 27-ə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milletinsesi.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 27-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, ...

Davamı

Türkiyə XİN Azərbaycan xalqına başsağlığı verdi

Ermənistan tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycana məxsus Dağlıq Qarabağın Xocalı şəhərinə hücum zamanı 106 qadın, 63 uşaq, 70 yaşlı insan olmaqla, 613 mülkü şəxs amansızcasına qətlə yetirilib. 1000 nəfərdən çox insan Ermənistan qüvvələri tərəfindən əsir alınıb. İtkin düşən şəxslərin vəziyyəti bu günə qədər məlum deyil. Milletinsesi.az xəbər verir ki, ...

Davamı

Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Davamı

Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur

“Hader”, “Degar”, “Foter”, “Masar” və Qafro MMC-lər ləğv olunduğunu elan edib. Report xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayıb. Maraqlıdır ki, adları çəkilən şirkətlərin hamısı ötən il oktyabrın 25-də, 10 manat nizamnamə kapitalı ilə yaradılıb. Onların hüquqi ünvanı (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 56, mənzil 105/35) ...

Davamı