BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə axşamı , Noyabr 14 2019

Millətin Səsi

Dollar sabah bu qiymətə olacaq

Noyabrın 13-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Milletinsesi.az-a verilən məlumata görə, 13.11.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2019-cu il noyabrın 12-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Davamı

Solari “Real”a qayıtdı

“Real”ın keçmiş baş məşqçisi Santyaqo Solari yenidən Madrid təmsilçisinə qayıdıb. Qol.az “Marca”ya istinadən xəbər verir ki, Solari “kral klubu”nun səfiri olub. Qeyd edək ki, argentinalı mütəxəssis 2018-ci ilin noyabrından 2019-cu ilin martına qədər “Real”ı çalışdırıb.

Davamı

Ramiz Mehdiyev AMEA prezidenti kimi ilk sərəncamını imzaladı

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatları aparılıb. Bu barədə Milletinsesi.az-a AMEA-dan bildirilib. AMEA prezidenti, akademik Ramiz Mehdiyevin imzaladığı sərəncamla Rəyasət Heyətinin aparatının Mətbuat və informasiya idarəsi ləğv olunub. Onun yerinə İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb. Eyni zamanda, Mətbuat və informasiya idarəsinin tabeliyində olan şöbələr də ləğv olunaraq ...

Davamı

Yatmış kişini basdırdılar

Hindistanın Tamilnad ştatının Koimbatur şəhərində yeni qurulan estakadanın inşaatçıları yatmış kişinin üstünü qumla örtüblər. Bu barədə “The New Indian Express” məlumat yayıb. Hadisə noyabrın 7-si axşam saatlarında qurulan estakadanın yaxınlığında, yaşıllığın salınması planlaşdırılan ərazidə baş verib. Üzəri qumla örtülmüş kişinin cəsədi iki gün sonra hamarlanma işləri zamanı aşkar olunub. Şəxsiyyəti bəlli olmayan ...

Davamı

Zakir Həsənov nazirliyin rəhbər heyətini topladı

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusu miqyasında əməliyyat təlimlərinin başlanması ilə bağlı nazirliyin rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, döyüşü idarəetmə mərkəzində keçirilən toplantıda bildirilib ki, təlimin planına əsasən Azərbaycan Ordusunun birlik və birləşmələri, qoşun növləri və qismləri həyəcan siqnalı ilə qaldırılaraq tam ...

Davamı

“Google” gizli layihə həyata keçirəcək

“Google” şəxsi məlumatları toplamaq üçün gizli layihə üzərində işləyir. “Google” ABŞ-ın “Ascension” səhiyyə şirkəti ilə birgə 21 ştatda əhalinin sağlamlığı haqqında məlumat toplamaqla “gizli layihə” həyata keçirməyə başlayıb. “The Wall Street Journal”in yazdığına görə, “Google” və “Ascension” şirkətləri keçən ildən birgə fəaliyyət göstərərək, layihələri üçün xəstələrin məlumatlarından istifadə ediblər. Lakinbu barədə həkimlərə ...

Davamı

İlham Əliyev yeni təyin etdiyi başçılarla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edib. Milletinsesi.az xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edib: -Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ...

Davamı

Milli Məclis deputatlarının sayı 117-yə enəcək

Milli Məclisin üzvü Elşad Həsənovun deputat səlahiyyətinə xitam veriləcək. Bu, onun icraedici orqanda vəzifəyə təyin edilməsi ilə əlaqədardır. Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla E.Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. O, 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü ...

Davamı

Cəbhə xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 13-də Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər. Ermənistan silahlı ...

Davamı

General Azərbaycan sərhədçilərini nümunə göstərdi

İran ilə Azərbaycan sərhədçiləri arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. Milletinsesi.az xəbər verir ki, bu sözləri İranın Sərhəd Qoşunlarının komandanı, general Qasım Rzayi deyib İranın Pakistan və Əfqanıstan ilə sərhədlərindəki vəziyyətlə tanış olmaq üçün Sistan-Bəlucistan vilayətinə səfər edən Q.Rzayi Zahedan şəhərində jurnalistlərin suallarını cavablandırıb. Suallardan birinin cavabında general Azərbaycan ilə ...

Davamı