BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , Yanvar 29 2020
Son xəbərlər
Ana səhifə / Xəbər xətti (page 3)

Xəbər xətti

“Nar+” tətbiqindən istifadə edənlərin sayı 100 mini ötdü

Təqdim etdiyi telekommunikasiya xidmətlərini hər zaman müştərilərin ehtiyaclarını nəzərə alaraq formalaşdıran “Nar”, artıq 5 aydır ki, “Nar+” tətbiqini abunəçilərinin istifadəsinə verib. Hesaba rəqəmsal nəzarət imkanı verən bu tətbiq artıq “Nar” abunəçilərinin şəffaf müştəri təcrübəsinin ayrılmaz bir hissəsinə çevrilib. Belə ki, bu qısa müddət ərzində tətbiqdən qeydiyyatdan keçənlərin sayı 100.000-i ötüb. ...

Davamı

Azərbaycanda koronavirusla bağlı son vəziyyət – RƏSMİ

“Hələ ki, Azərbaycanda koronavirusa yoluxma faktı aşkarlanmayıb. Ölkəyə şübhəli hal daxil olmayıb”. Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. O qeyd edib ki, vəziyyət sabitdir və hazırda ölkədə respirator virus infeksiyası müşahidə olunur: “Tək-tək hallarda rast gəlinən qrip virusu təsdiq olunan ...

Davamı

“Azərbaycan Dəmir Yolları”nda sanitariya-epidemioloji tədbirlər gücləndirildi

“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti ötən ilin sonunda Çində aşkar edilmiş koronovirus (2019-nCoV) virusunun ölkəmizə keçmə ehtimalını nəzərə alaraq xüsusi Tədbirlər Planı hazırlayıb. Milletinsesi.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Plana əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena normalarına ...

Davamı

“Facebook”un işində problemlər yaranıb

“Facebook” sosial şəbəkəsinin işində qüsurlar yaranıb. Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir. Məlumata əsasən, “Facebook”un işində texniki qüsurlar əsasən ABŞ, Meksika, Kolumbiya və Braziliyada müşahidə edilir. İstifadəçilərin təxminən 38 faizi xəbər lentinin yenilənməsində çətinliklər olduğundan, 35 faizi sosial şəbəkənin tamamilə işləməməsindən, 26 ...

Davamı

Qubada şəlalə dondu – Əsrarəngiz mənzərə

Quba rayonunun Qrız kəndinin yaxınlığındakı şəlalənin donmuş şəkli möhtəşəm görüntülərə səbəb olub. Milletinsesi.az xəbər verir ki, Fotoları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Feysbuk səhifəsi yayıb. Fotolar Qrız kəndinin yaxınlığında çəkilib. Şəlalə şaxtanın təsirindən tamamilə buz bağlayıb. Bu da əsrarəngiz görüntüləri ortaya çıxmasına səbəb olub. Nazirliyin rəsmi səhifəsi fotoları bu ...

Davamı

İbrahimoviç gələndən “Milan” uduzmur

Zlatan İbrahimoviçin “Milan”a qayıdışı komandada özünəinamı artırıb. Qol.az xəbər verir ki, isveçli hücumçunun gəlişindən sonra “Milan” ardıcıl  beş oyunda qələbə qazanıb. Məğlubiyyətsiz oyunlar seriyası isə altıya çatıb. “Qırmızı-qaralar” A Seriyasında “Kalyari” (2:0), SPAL (3:0), “Udineze” (3:2) və “Breşiya”ya (1:0), İtaliya kubokunda isə ötən gecə “Torino”ya (4:2) qalib gəlib. Zlatan sözügedən ...

Davamı

“Arka sıradakılar”ın aktyoru məşhur serialda

Reytinqlərdə ilk sırada yer alan “Eşkiya dünyaya hükümdar olmaz” serialına Sanəm Çəlik və Olcay Yusufoğlundan sonra daha bir aktyor dəvət olunub. Axşam.az xəbər verir ki, “Arka sıradakılar” serialında “Oktay” obrazını canlandıran Bülənt Çetinaslan da ekran işində rol alacaq. Aktyorun hələ ki, hansı obrazı canlandıracağı açıqlanmayıb.

Davamı

Bakı sakini QİÇS-dən öldü

Bakıda ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1974-cü il təvəllüdlü C.R (ad şərtidir) QİÇS-dən dünyasını dəyişib. Araşdırmalar zamanı C.R-nın uzun müddət narkotik istifadəçisi olduğu da məlum olub. Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.  

Davamı

İranda daha bir güclü zəlzələ

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin rayonunun Sumar sərhəd bölgəsində 4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Zəlzələ yerli vaxtla saat 08:32-də 10 km dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilməyib. Son günlər İranın qərb və cənub ...

Davamı

Nazarov 90 dəqiqə oynadı

Almaniya 2-ci Bundesliqasında 19-cu tura start verilib. Qol.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə “Vehen”lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Start heyətdə meydana çıxan Nazarov 90 dəqiqə oynayıb. Qeyd edək ki,  29 xalı olan Aue təmsilçisi  18 komanda arasında hazırda 6-cı pillədə ...

Davamı