BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , Dekabr 15 2019

Siyasət

Məmmədyarov Latviyaya gedir

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfər edəcək. Report xəbər verir ki, E.Məmmədyarov adıçəkilən ölkəyə dekabrın 12-13-də səfər edəcək. Səfər zamanı o, Latviyanın prezidenti Eqils Levits, xarici işlər naziri Edqars Rinkeviçs, Seym (Latviya parlamenti) sədri İnara Murnietse və müdafiə naziri Artis Pabriks ilə görüşəcək.  

Davamı

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir: 1. “Azərbaycan Respublikası Hökuməti ...

Davamı

İlham Əliyev İordaniya kralı ilə görüşdü

Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Əl Hüseyn ilə təkbətək görüşü olub. Milletinsesi.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər müzakrə olunub. *** Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının ...

Davamı

YAP parlament seçkiləri ilə bağlı qərar verdi

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib. Report xəbər verir ki, YAP İdarə Heyətinin iclasında ölkədə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğu, əhalinin rifah halının daha da yüksəldiyi, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyi və bu dəyişikliklərin ...

Davamı

İlham Əliyev Zelenskiyə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə başsağlığı məktubu göndərib. Milletinsesi.az məktubun mətnini təqdim edir: “Hörmətli cənab Prezident, Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və ...

Davamı

Naxçıvan Ali Məclisinə seçkilər təyin edildi – Sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 9-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir: “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr ...

Davamı

İlham Əliyev rusiyalı nazirlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milletinsesi.az xəbər verir ki, Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərini salamlayıb: “Hörmətli Maksim Stanislavoviç, hörmətli qonaqlar. Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. İl başa ...

Davamı

İlham Əliyev rusiyalı nazirlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milletinsesi.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub.  

Davamı

Məmmədyarov İsrail səfiri ilə görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib. XİN-dən Milletinsesi.az-a verilən məlumata görə, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında enerji və təhlükəsizlik ...

Davamı

Prezident Gündüz Kərimovu yeni vəzifəyə təyin etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Gündüz Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir: Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilsin.  

Davamı