BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Oktyabr 14 2019

İdman

Navas “Real”dan ayrılmaq istəyir – klub rəhbərliyinə bildirdi

Keylor Navas “Real”dan ayrılmaq istəyir. Milletinsesi.az -ın “Marca”ya istinadən yaydığı xəbərə görə, ikinci qapıçı olmaqdan məmnun olmayan kosta-rikalı qolkiper Madrid təmsilçisindən getmək istədiyini klub rəhbərliyinə bildirib. Navasla PSJ-nin maraqlandığı iddia olunur. Qeyd edək ki, “Real”ın baş məşqçisi Zinəddin Zidan 2019/2020 mövsümündə də komandanın əsas qapıçısı Tibo Kurtuanın olduğunu açıqlamışdı.

Davamı

Belə çempionatla hara gedirik?..

Ötən həftə start götürən Azərbaycan Premyer Liqasının bu mövsümkü oyunlarına maraq da, böyük ehtimal, ötən illərdə olduğu kimi az olacaq. Qol.az xəbər verir ki, bölgələrin futbolsuz qalması və yüksək liqadakı klubların əksəriyyətinin paytaxt Bakını təmsil etməsi səbəbindən stadionlarda tribunaların 90-95 faizi yenə boş qalır. Bunu 2019/20 mövsümü Premyer Liqanın ilk ...

Davamı

Məhəmmədrəsul Məcidov peşəkar boksda – Nyu-Yorkda döyüşə çıxır

Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksa keçib. Bu barədə məlumatı Qol.az-a açıqlamasında Azərbaycan Boks Federasiyasının şöbə müdiri Fariz Məmmədov verib. Onun sözlərinə görə, boksçumuz sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində ilk döyüşünə çıxacaq. Bu, səkkiz raundluq reytinq döyüşü olacaq. Məmmədov özünün də həmin döyüşə fəxri qonaq qismində dəvət aldığını bildirib. 

Davamı

Messi qayıtdı

“Barselona”nın kapitanı Lionel Messinin zədəsi sağalıb. Qol.az “Marca”ya istinadən xəbər verir ki,  argentinalı hücumçu bugündən məqşlərə başlayacaq. Ayaq əzələsindəki ağrılara görə, “Atletik”lə (0:1) çempionatın ilk oyununu buraxan Messi 2-ci turda”Betis”lə matçda meydana çıxa bilər. “Atletik”lə görüşdə zədələnən digər hücumçu Luis Suares isə qarşıdakı görüşü buraxacaq. Qeyd edək ki, “Barselona” – ...

Davamı

“Bavariya”dan növbəti transfer

“Bavariya” Koutinyodan sonra növbəti transferini gerçəkləşdirib. Qol.az klubun saytına istinadən xəbər verir ki, münhenlilər klubu 20 yaşlı yarımmüdafiəçi Mikael Kuisansı heyətinə qatıb. “Borussiya”dan (Münhenqladbax) transfer olunan fransız oyunçu ilə 5 illik müqavilə imzalanıb. Keçidə görə “Bavariya” 9.5 milyon avro təzminat ödəyəcək. Qeyd edək ki, Kuisans buna qədər Münhenqladbax “Borussiya”sı və ...

Davamı

Avropa Liqasında pley-offun cütlükləri

Avropa Liqasında pley-offun cütlükləri

Ötən gecə Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Qol.az xəbər verir ki, keçirilən 30 qarşılaşmadan sonra pley-off mərhələsinin 21 cütlüyü müəyyənləşib. Bu mərhələnin oyunları avqustun 22-də və 29-a keçiriləcək Xatırladaq ki, Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” klubu  ilə qarşılaşacaq.   Avropa Liqası Pley-off mərhələsi Çempionlar yolu ...

Davamı

“Qarabağ”ın oyunlarının başlama saatı açıqlandı

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə oyunlarının başlama saatı açıqlanıb. Milletinsesi.az-ın Şimali İrlandiya klubunun saytına istinadən yaydığı xəbərə görə,  səfərdə “Vindsor Park”da keçiriləcək ilk matç avqustun 22-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq cavab görüşünə isə avqustun 29-u yerli vaxtla saat 20:00-da start veriləcək.

Davamı

“Real” ukraynalı qapıçını icarəyə göndərdi

“Real” qapıçısı Andrey Lunini icarəyə verib. Milletinsesi.az Qol.az-a istinadən  xəbər verir ki, 20 yaşlı qolkiper La Liqanın digər təmsilçisi “Real Valyodolid”ə keçib. Klubun rəsmi saytı ukraynalı qapıçı ilə 1 illik müqavilə imzalandığını açıqlayıb. Qeyd edək ki, Madrid klubu Lunini 2018-ci ildə “Zarya”dan 8,5 milyon avroya transfer edib. Gənc qapıçı ötən ...

Davamı

Əliyarın idarə etdiyi oyunda 4 qol, 2 sarı vərəqə

Əliyarın idarə etdiyi oyunda 4 qol, 2 sarı vərəqə

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsində LASK  (Avstriya) – “Bazel” (İsveçrə) görüşünü idarə edib. Qol.az xəbər verir ki, meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldikləri oyunda  Ağayev 35 kobudluq qeydə alıb. Bunlardan 20-ni ev sahibləri, 15-ni qonaqlar edib. Referimiz futbolçulara iki rəsmi xəbərdarlıq edib. O, hər ...

Davamı

“Atletiko” hücumçu alır

“Atletiko” növbəti transferini etməyə yaxındır. Milletinsesi.az  “Marca”ya istinadən xəbər verir ki, Madrid klubu “Valensiya”nın hücumçusu Rodriqo Morenonu transferi üçün razılığa gəlib.  “Atletiko”nun bu transferə görə 60 milyon avro ödəyəcəyi bildirilib. Komandasının son məşqini buraxan ispan oyunçunun transferini yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Davamı