BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Fevral 28 2020
Son xəbərlər
Ana səhifə / Digər / İdman (page 25)

İdman

ÇL-də pley-offa vəsiqə qazanan ən gənc məşqçi

“Leyptsiq”in baş məşqçisi Yulian Naqelsmen Çempionlar Liqası tarixində pley-offa vəsiqə qazanana ən gənc məşqçi olub. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, alman mütəxəssis buna 32 yaş 4 ay 4 günündə nail olub. Onun komandası ÇL-də G qrupunun 5-ci turunda “Benfika” ilə görüşdə heç-heçə edərək (2:2) xalını 10-a yüksəldib və ...

Davamı

“Real” futbolçusuna 750 milyon avro qiymət qoydu

“Real” futbolçusu Federiko Valverde ilə yeni müqavilə imzalayıb. Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, 21 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb. Madrid təmsilçisi uruqvaylı oyunçuya 750 milyon avro qiymət qoyub. Qeyd edək ki, F.Valverde bu mövsüm La Liqada 9 matçda 1 qol vurub, 2 qolun ötürməsini ...

Davamı

Milli komandada 38 yaşlı baş məşqçi

Rumıniya millisinin yeni baş məşqçisi məlum olub. Qol.az yerli federasiyanın saytına istinadən xəbər verir ki, yığmaya Mirel Radoi gətirilib. 38 yaşlı məşqçinin müqavilə müddəti açıqlanmayıb. Radoi bu vəzifədə uğursuzluğa görə istefaya göndərilən Kosmin Kontranı əvəzləyib. Qeyd edək ki, gənc məşqçi son olaraq Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasını çalışdırıb.

Davamı

Mourinyo üzr istədi

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Olimpiakos”la matçdan sonra futbolçusu Erik Dayerdən üzr istəyib. Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis yarımmüdafiəçini erkən – matçın 29-cu dəqiqəsində əvəzlədiyi üçün üzrxahlıq edib: “Demək istədiyim ilk şey Erik Dayerdən üzr istəməkdir. Onun üçün asan ...

Davamı

İbrahimoviç İsveçdə klub aldı

İsveçli hücumçu Zlatan İbrahimoviç ölkəsinin “Hammarbü” klubunun səhmlərinin 50 faizini alıb. Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 38 yaşlı hücumçu “Hammarbü”nün İsveçdə çox hörmət edilən, fantastik bir klub olduğunu bildirib: “Həmişə bu klubu və fanatlarını bəyənmişəm. Komandanın son illər meydanda və kənarda gördüyü işlərə heyranam”. Maraqlıdır  ki, ...

Davamı

Çempionlar Liqasında yeni rekord

“Bavariya”nın futbolçusu Robert Levandovski rekorda imza atıb. Qol.az xəbər verir ki, polşalı hücumçunun rekordu Çempionlar Liqasının 5-ci turunda “Srvena Zvezda”nı 6:0 hesabı ilə məğlub etdikləri oyunda qeydə alınıb. 14 dəqiqə 31 saniyəyə 4 qol vuran  forvard Çempionlar Liqası tarixində ən qısa zamanda poker edən futbolçu olub. Qeyd edək ki, ÇL-də bu mövsüm 10 ...

Davamı

Messi 700-cü oyununa çıxır

“Barselona”nın futbolçusu Lionel Messi üçün Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda bu gecə keçiriləcək “Borussiya” (Dortmund) ilə matç əlamətdar olacaq. Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu bu görüşlə Kataloniya klubunda 700-cü oyununa çıxacaq. 32 yaşlı fubolçu  La Liqa təmsilçisinin tarixində  bu rəqəmə çatan ikinci oyunçu olacaq. “Barselona”da ən çox oyun ...

Davamı

Bonilyanın rekordunu təkrarladı

“Zirənin futbolçusu Xulio Sezar Rodriqes Azərbaycan Premyer Liqasında 3-cü dəfə dubla imza atıb. Qol.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, bu, XII turun “Keşlə” ilə qarşılaşmasında baş verib. Hücumçu klubun tarixində Premyer Liqada ən çox dubl edən futbolçu adına şərik çıxıb. Rodriqes ilk iki dubluna ötən mövsüm səfər görüşlərində ...

Davamı

Rusiya millisi Avro-2020-dən kənarlaşdırıla bilər

Rusiya millisi Avro-2020-dən kənarlaşdırıla bilər. Qol.az-ın “BBC”yə istinadən yaydığı xəbərə görə, bu barədə  Rusiya Antidopinq Agentliyinin baş direktoru Yuri Qanus məlumat verib. O bildirib ki, Sankt-Peterburqun qitə çempionatının oyunlarına ev sahibliyi etməmə ehtimalı da var: “Hər nə qədər ehtimal olsa da, Rusiya millisi Avropa çempionatından məhrum edilə bilər. Hazırda Rusiya ...

Davamı

Düşmən atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində ...

Davamı