BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Avqust 19 2019

Sosial

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

Ölkədə təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” ADA Universitetində təşkil edilən “ADA Innovation Awards 2019” mükafatının keçirilməsinə növbəti dəfə dəstək olub. Milletinsesi.az xəbər verir ki, ideyanın əsas məqsədi tələbələrə innovativ ideyalarını irəli sürməklə öz startapını başlamaq və real biznes qurmasına şərait yaratmaqdır. Müsabiqənin yekun mükafatlandırma mərasimi mayın 24-də ...

Davamı

Bu yolda rənglənmə işləri aparılır

Bakı şəhəri, Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı və Mərdəkan qəsəbəsi istiqamətində bu gün saat 11:00-dan axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol ...

Davamı

Ümumdünya Kitab Günündə “Nar”dan kənd məktəbinə dəstək

Ümumdünya Kitab Günündə “Nar”dan kənd məktəbinə dəstək

Elm, təhsil və maariflənmənin inkişafına dəstək verən “Nar” 23 aprel – Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini gerçəkləşdirib. Milletinsesi.az xəbər verir ki, mobil operator Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbə 500-dən artıq kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompyuterlər hədiyyə etməklə kitabxananı yeniləyib. Təhsil nazirliyinin dəstəyi ilə ...

Davamı

Sabaha qar, yağış, külək deyiblər… – HAVA PROQNOZU

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidreometerologiya Departamentindən Turkustan.info-ya verilən məlumata görə, gecə bəzi yerlərdə çiskinli olacaq, yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9° isti, gündüz 13-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə yağış ya

Davamı

Nazirlər Kabineti bəzi gömrük rusumlarını dəyişdi

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.
Məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli və 5 fevral tarixli 34 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyə

Davamı

39 yaşlı kişi özünü yandırdı – Abşeronda dəhşət

Turkustan.info xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Məmmədov Musa Tofiq oğlu ailə münaqişəsi zəminində özünü yandırıb. Nəticədə o, aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.    /ONA/

Davamı

Sabiq icra başçısının yeni kitabı işıq üzü görüb- FOTOLAR

Aprelin 5-də Azərbaycanda Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış “Heydər Əliyev – milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin üzvləri, respublikanın ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri iştirak etmişdir. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik, professor, əməkdar elm xadimi Nizami Cəfərov çıxış edərək bildirmişdir ki, Azərbaycanın siyasi elminin tanınmış nümayəndələrindən biri, ictimai-siyasi sahədə çoxsaylı elmi-tədqiqat əsərlərinin və kitabların müəllifi, siyasi elmləri doktoru, professor Vaqif Abdullayevin müəllifi olduğu ““Heydər

Davamı

Bakıya daha iki “ASAN Xidmət” – Prezident 6 milyon manat ayırdı

Prezident İlham Əliyev Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb. "Türküstan". info Azərtac-a istinadən xəbər verir ki, Sərəncamla Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentinin ehtiyat fondundan Dövlət Agentliyinə ilkin olaraq 6 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Davamı

DYP-nin saxladığı sürücü Polis Şöbəsində öldü – RƏSMİ

DİN-in mətbuat xidmətinin Gəncə Regional qrupu Goranboy Polis Şöbəsində baş vermiş ölüm hadisəsi barədə açıqlama yayıb. Axar.az-a daxil olan məlumatda bildirilib ki, axşam saat 20:30 radələrində Goranboy rayon sakini, 1956-cı il təvəllüdlü Yolçiyev İlham Zakir oğlu idarə etidyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olan zaman (ailəsi ilə birgə), uzaq görən işıq vurma qaydalarını düzgün istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sürücünün sərxoş olduğu da məlum olub və polis əməkdaşları tərəfindən Goranboy rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərdib edilib və sonra buraxılıb. İ.Yolçiyev şöbənin həyətinə çıxan zaman anidən halı pisləşib. Oraya dərhal təcili tibb

Davamı

Sürücülük vəsiqələri dəyişdiriləcək

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Nazirlər Kabinetinin yaydığı məlumata əsasən, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərarla sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilib. Həmçinin, traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq ediləcək.    /oxu.az/ 

Davamı