BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , Fevral 26 2020
Son xəbərlər
Ana səhifə / Ölkə içi (page 10)

Ölkə içi

Gəncədə tələbə dəm qazından boğulub

Gəncədə dəm qazından boğulan tələbənin kimliyi müəyyənləşib. Ölən şəxs Məmmədov Tural Uğur oğludur. *** 11.32 Gəncədə dəm qazından boğulma hadisəsi baş verib. Gəncə Aqrar Universitetinin tələbəsi olan gənc oğlan Gülüstan qəsəbəsində yaşadığı mənzildə dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır. (APA)

Davamı

Bakıda çoxmərtəbəli binada yanğın baş verib

Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a bildiriblər ki, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin mənzilində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından ...

Davamı

Qaxın Sarıbaş kəndində qar örtüyünün hündürlüyü 15 santimetrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, yanvarın 2-si axşamdan 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub. Departamentdən Milletinsesi.az-a bildiriblər ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-2, Lənkəran-Astara zonasında 7-29, Böyük Qafqazda ...

Davamı

Bakının bu yaşayış massivlərinə təbii qaz verildi

Dekabrın 30-da Bakı şəhərində bir neçə yaşayış massivinə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən Milletinsesi.az-a verilən məlumata görə Qaradağ rayonu, Qobustan qəsəbəsi “1-ci massiv”, “1-a massivi”, “2-a massivi” və “1-ci təzə yurd” adlandırılan ərazilərdə 235, Sabunçu rayonunun Zabrat qəsəbəsinin “Dağüstü” adlandırılan ərazidəki yeni massivdə isə 33 fərdi yaşayış evi qazlaşdırılıb. ...

Davamı

Sürüşmə baş verən Bibiheybət yolu sabah açılacaq

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır. Asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda ...

Davamı

Saatlıda təcili yardım maşını qəzaya uğradı

Saatlıda təcili yardım maşını qəzaya uğrayıb. “Report” xəbər verir ki, hadisə axşam saatlarında Saatlı şəhərində baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, çağırışa gedən təcili yardım maşını “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Davamı

Bakıda 3 otaqlı ev yandı

Bakıda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Davamı

Şəkidə meşə ərazisində yanğın olub

Şəki şəhərinin Kiş kəndində, meşə ərazisində 0,5 ha sahədə kol-kos, ağac kötükləri və xəzəl yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, meşə yanğından mühafizə olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən söndürülüb.

Davamı

Mingəçevirdə şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Mingəçevir şəhəri, Mehman Bəkirov küçəsi, Əşya bazarı ərazisi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ömərov Nəsimi Rövşən oğluna məxsus un məmulatları istehsalı sexində reyd keçirib. AQTA-dan verilən məlumata görə, reyd zamanı müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb. Yoxlama zamanı istifadə ...

Davamı

FHN Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə bağlı əhaliyə müraciət edib – VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən Milletinsesi.az-a daxil olan müraciətdə bildirilib ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir. Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın ...

Davamı