BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , Dekabr 8 2019

Dünya

ŞƏT baş nazirləri Daşkəndə toplandı

Şanxay Əməkdaşlıq Təşkilatının hökumət başçılarının şurasının iclası başlayıb. İclasa Daşkənddə start verilib. Məlumata görə, görüşdə Rusiyanı Baş nazir Dmitri Medvedyev, Çini Dövlət Şurasının rəhbəri Li Ketsyan təmsil edəcək. Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. Təşkilata Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan üzvdür. Azərbaycan təşkilatın tərəfdaş ölkəsidir.

Davamı

Fransa İraqı bombardman etdi

Fransanın Hərbi Hava Qüvvələrinə aid “Rafale” qırıcıları İraqın şimal-şərqində terrorçuların istifadə etdiyi tunellər şəbəkəsinə zərbələr endirib. TASS agentliyi xəbər verir ki, bu haqda Fransanın Müdafiə Nazirliyi bildirib. Bildirilir ki, tunellərdən İŞİD terrorçuları istifadə edirdilər. Məlumata görə, əməliyyat bu rayonda qruplaşmanın maddi-texniki və hərbi potensialını zəiflətməyə imkan verib./publika.az

Davamı

Morqlarda 30 mindən çox yiyəsiz cəsəd var

Morqlarda 30 mindən çox sahibsiz və şəxsiyyəti bilinməyən cəsəd var. Bu barədə Meksika Milli İnsan Haqları Komissiyası bildirib. Komissiyanın açıqlamasında qeyd edilir ki, morqlarda mütəxəssis çatışmazlığı səbəbindən cəsədlərin şəxsiyyətinin düzgün müəyyənləşdirilməsində problemlər ortaya çıxıb. Açıqlamada Meksika morqlarında 30 mindən çox yiyəsiz və şəxsiyyəti müəyyən edilməyən cəsədlərlə yanaşı sayı bəlli olmayan ...

Davamı

Alimlər qırpıla bilən insan gözü hazırladı

Alimlər, insan gözünün mürəkkəb quruluşunu müəyyən dərəcədə təqlid edən və göz qırpa bilən süni göz hazırlamağı bacardılar. Bionik göz təkcə fiziki deyil, həm də bioloji quruluşu baxımından diqqəti cəlb edir. Milletinsesi.az chip.az-a istinadən bildirir ki, alimlər qırpıla bilən insan gözü hazırlayıb. Bu yeni göz çipi təxminən 10 qəpiklik sikkə əskinaz ...

Davamı

Tarixdə ilk dəfə fikirləri anında sözlərə çevirən cihaz hazırlandı

Facebook tərəfindən də dəstəklənən yeni bir araşdırma sayəsində, bir insanın düşüncələri anında yazıya alına bilir. Kaliforniya San Fransisko Universitetində (UCSF) keçirilən təqdimatında, sistemin uğurla çalışdığı müşahidə olundu. Facebook bu xüsusiyyətin inkişaf etdirilməsini, insanların düşüncələri ilə yazı yazmasını istəyərkən universitetinin tədqiqatçıları isə, əlil insanların yenidən yazmasını və danışmasını təmin etməyi qarşısına ...

Davamı

Pişik sahibini yanğından xilas etdi

ABŞ-ın Nyu-York ştatında pişik mənzildə baş verən yanğın zamanı yatan ev sahibini oyandıraraq həyatını xilas edib. Belə ki, Daniel Şafer beş il əvvəl küçədən götürüb saxladığı pişiyin yanğın zamanı onun üstünə atılaraq oyatdığını söyləyib. Qadın yuxudan oyanarkən mənzilin tüstü ilə dolduğunu və divarların alov aldığını görüb. Şafer özünü mənzildən çölə ata ...

Davamı

İranın könüllülərdən ibarət “Bəsic” hərbi birləşməsi təlimlərə başlayıb

İranın könüllülərdən ibarət “Bəsic” hərbi birləşməsi Qərbi Azərbaycan vilayətində genişmiqyaslı hərbi təlimlərə başlayıb. AZƏRTAC xəbər verir ki, “Beytül-Müqəddəs” adlanan hərbi təlimə 15 min könüllü qatılıb. İran ordusunun təcrübəli zabitlərinin rəhbərliyi ilə keçirilən təlimdə hərbi texnikadan da istifadə olunur. Belə tədbirin keçirilməsində məqsəd könüllülərin döyüş qabiliyyətini artırmaqdan ibarətdir. Hərbi təlim üç ...

Davamı

NASA Plutona missiya göndərmək üçün vəsait ayırdı

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Plutona daha bir missiya göndərilməsi planlarının hazırlanmasına vəsait ayırıb. Bu missiya 2015-ci ilin iyulunda cırtdan planetin yaxınlığından keçmiş “New Horizons” zondunun apardığı tədqiqatın davamı olacaq. Azərtac“Astronomy” jurnalının saytına istinadla xəbər verir ki, bu barədə hər iki layihənin rəhbəri Alan Stern bildirib. Onun ...

Davamı

İŞİD-in yeni liderinin adı MƏLUM OLDU

İŞİD terror təşkilatı lideri Əbubəkr Əl-Bağdadi və onun yerinə gətirilməsi planlaşdırılan Əbu Həsən Əl-Muhacirin öldürüldüyü təsdiqləyib. Bu haqda terrorçulara yaxın “Telegram” kanallarından yayımlanan səs qeydində bildirilib. İŞİD Əbu İbrahim Haşiminin İŞİD-in yeni lideri olduğunu açıqlayıb. Qeyd edək ki, daha əvvəl ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İŞİD terror təşkilatının lideri Əbubəkr ...

Davamı

Şans gətirməsi üçün inəklərə özlərini tapdaladırlar

Hindistanda təşkil edilən “Gaay Gauhri” festivalında maraqlı anlar yaşanıb. Milletinsesi.az axşam.az-a istinadən bildirir ki, kişilər bəzədilmiş inəklərin ayaqları altına yatıb, özlərini əzdiriblər. Bu ritualın şans gətirəcəyinə inanan sakinlərdən bir çoxunun bədənində ciddi sınıqlar yaranıb. İnanca görə, yaralar nə qədər tez yaxşılaşsa, həmin insan bir o qədər şanslı olacaq. Qeyd edək ...

Davamı