BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Fevral 24 2020
Son xəbərlər
Ana səhifə / Digər (page 26)

Digər

“Real”ın futbolçusunun barmağı sındı

“Real”ın futbolçusu Lukas Vaskesin sol ayağının barmağı sınıb. Qol.az xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. “Marca” nəşri yazıb ki, 28 yaşlı yarımmüdafiəçinin ayağına trenajor zalında dəmir avadanlıq düşüb. Onun bərpa müddəti daha ətraflı tibbi müayinədən keçdikdən sorna müəyyənləşəcək. Qeyd edək ki, L.Vaskes bu mövsüm La Liqada 7 matçda ...

Davamı

Valverdenin yerinə Poçettino?

“Tottenhem”dən ayrılan Maurisio Poçettino ilə maraqlanan klublar sırasına daha bir Avropa nəhəngi qatılıb. Qol.az “The Sun”a istinadən yaydığı xəbərə görə, “Bavariya”dan sonra “Barselona” da argentinalı mütəxəssislə maraqlanır. Kataloniya klubunun istefaya göndərmək istədiyi baş məşqçi Ernesto Valverdenin yerini Poçettino ilə doldurmaq istədiyi bildirilib. Qeyd edək ki,  Poçettino 2014-cü ildən çalışdırdığı “Tottenhem”dən bir ...

Davamı

“Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

Hollandiya millisinin sabiq üzvü Uesli Sneyder özünü Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə edib. Qol.az-ın “FOX Sports”a istinadən yaydığı xəbərə görə, o deyib ki, öz imkanlarından maksimum istifadə etsəydi, onlarla eyni səviyyədə ola bilərdi: “100 faizimi versəydim, Messi və Ronaldo ilə eyni səviyyədə olardım. Amma mən bunu istəmədim. Peşman deyiləm, çünki ...

Davamı

Yığmamıza İtaliyadan futbolçu çağırıldı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin noyabrın 28-də start verəcəyi təlim-məşq toplanışı üçün heyəti açıqlanıb. Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, dekabrın 2-nə qədər davam edəcək toplanışda 28 futbolçu iştirak edəcək. U-16-nın heyəti: Ərtoğrul Quliyev, Vasif Fərəcov, Nəriman Axundzadə, Amin Qarayev (hamısı “Qarabağ”), Rəhman Məmmədov, Ruhid Mustafayev (hər ikisi “Sumqayıt”), ...

Davamı

Avropa çempionatına vəsiqə qazanan 20 komanda

Ötən gecə 2020-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi başa çatıb. Qol.az xəbər verir ki, bununla da final mərhələsinə vəsiqə qazanan 20 komanda müəyyənləşib. Digər 4 yığmanın adına isə pley-off oyunlarından sonra aydınlıq gələcək. Avropa çempionatına vəsiqə qazanan 20 yığma komanda: İngiltərə Çexiya Ukrayna Almaniya Niderland Xorvatiya İspaniya İsveç Polşa Avstriya Fransa Türkiyə Belçika Rusiya İtaliya Finlandiya İsveçrə ...

Davamı

Klopp “Qarabağ”ın oynayacağı stadiona nifrət edir

“Liverpul”un baş məşqçisi Yürgen Klopp “Sevilya”nın ev oyunlarını keçirdiyi “Ramon Sançes Pisxuan” stadionunda oynamağı sevmir. Qol.az xəbər verir ki, bu barədə alman mütəxəssis “AS” nəşrinə deyib: “Oranın futbol üçün ən yaxşı stadion olduğuna əmin deyiləm. Ən çox “Ramon Sançes Pisxuan”da oynamağa nifrət edirəm. Çünki “Sevilya”nın stadionunda xüsusi atmosfer hökm sürür. ...

Davamı

Avro-2020-də seçmə mərhələyə yekun vurulur

Bu gün Avro-2020-nin seçmə mərhələsinə yekun vurulacaq. Qol.az xəbər verir ki, E qrupunda yer alan millimiz son oyunu səfərdə Slovakiyaya qarşı olacaq. Matç Bakı vaxtı ilə 23:45-də başlayacaq. E qrupundakı digər oyunda isə Uels öz meydanında Macarıstanla qarşılaşacaq. C,E,G və İ qruplarında keçiriləcək bütün matçlar Bakı vaxtı ilə 23:45-də başlayacaq. ...

Davamı

Millimizin oyunu bu kanalda

Avro-2020-nin seçmə mərhələsinin sonuncu turunda bu gün keçiriləcək Slovakiya – Azərbaycan oyunu canlı yayımlanacaq. Qol.az-ın xəbər verir ki, matç “CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq. Qeyd edək ki, Trnava şəhərindəki Anton Malatinskiy stadionunda olacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Davamı

Ronaldo üzr istəyəcək

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “Milan”la oyundakı xoşagəlməz davranışlarına görə komanda yoldaşlarından üzr istəyəcək. Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliya millisinin düşərgəsindən qayıdan hücumçu “Yuventus”dakı komanda yoldaşlarını şam yeməyinə dəvət edib. 34 yaşlı futbolçunun bu yolla son zamanlarda yaşananlara görə üzr istəyəcəyi bildirilir. Xatırladaq ki, Ronaldo “Milan”la görüşün 54-cü dəqiqəsində Paulo ...

Davamı

Gerye və Mustivar üçün bir xal

“Neftçi”nin futbolçuları Donald Gerye və Soni Mustivarın çıxış etdiyi Haiti yığması  yoldaşlıq oyunu keçirib. Qol.az xəbər verir ki, hər iki futbolçu KONKAKAF Milli Liqasında Kosta Rika ilə matçda (1:1) start heyətində meydana çıxıb. Gerye sonadək mübarizə aparıb, Mustivar isə 64-cü dəqiqədə əvəzlənib. Qeyd edək ki, Mustivar Haiti milli komandasında 19 oyunda 2, ...

Davamı