BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Noyabr 22 2019

Ekskluziv

“Azərbaycanda uran yataqlarının aşkarlanması gündəmdə deyil

“Azərbaycanda uran yataqlarının aşkarlanması ilə bağlı tədqiqatlar aparılmır və bu məsələ gündəmdə deyil”. Bunu “APA-Economics”ə “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik Adil Qəribov deyib. Onun sözlərinə görə, Sovet dövründə Azərbaycan ərazisində həyata keçirilən “Koltsovksi” ekspedisiyasının nəticəsində orta radiasiya fonu səviyyəsindən nisbətən yüksək olan zonalar qeydə alınıb. A.Qəribov bildirib ki, ...

Davamı

“PAŞİNYAN MÜHARİBƏ İSTƏYİR” – “Artıq danışıqların imitasiyasına belə əsas yoxdur”

Paşinyanın Xankəndidəki son bəyanatı daxili siyasətə yox, daha çox xarici auditoriyaya aiddir. Onun məqsədi Azərbaycanın bu və ya digər formada reaksiyasını öyrənməkdən ibarətdir. Paşinyanın əsas niyyəti odur ki, hərbi əməliyyatları bərpa edib öz məqsədlərinə nail olsun. Hesab edirəm ki, bu bəyanatın əsas ünvanı məhz Azərbaycandır. Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş ...

Davamı

Mir Şahin- “Məhz 2016-cı ildən sonra baş verənlər göstərdi ki,…”

“İndi biz mövqeliyik. Mövqeli olub qərəzsiz olmaq mümkün deyil. Qərəz sözü bütün hallarda qaba ifadədir. Mən bu sözdən qaçıram. Biz indi tərəfliyik”. Milletinsesi.az  xəbər verir ki, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinə müsahibəsində deyib. M. Ağayev indi dövlətin tərəfində olduğunu qeyd edib: “Bu ifadə bəlkə ...

Davamı

Yazıçı Anar: “Bəzi jurnalistlər dələduzluq edir”

Bəzi jurnalistlər dələduzluq edərək Azərbaycan Yazıçılar Birliyi haqqında yalan və böhtan xarakterli yazılar dərc edirlər. Burada toplaşanlar isə onlara öz etirazını bildirmirlər. Milletinsesi.az xəbər verir ki, bu sözləri YB-nin sədri Anar Rzayev dünən Sabir Rüstəmxanlının “Özümüzdən böyük sözümüzdür” kitabının təqdimat mərasimində deyib. Onun sözlərinə görə, Yazıçılar Birliyinə ayrılan vəsait qəpiyinə ...

Davamı

Orucun fəlsəfəsi – təqva

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız” (Bəqərə, 183). Orucluq barədə danışılan moizələrdə və yazılan kitablarda Qurani-kərimin yuxarıdakı ayəsinə tez-tez istinad edilir. Bu ayə Ramazan orucunun bütün müsəlmanlara vacib olduğunu bəyan edən ən mühüm dini dəlillərdən biridir. Təsadüfi ...

Davamı

Samir Adgözəlli səfirlə görüşdü

Samir Adgözəlov

Bu gün İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) rəhbərliyi Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. Milletinsesi.az xəbər verir ki, Türkiyə səfirliyində keçirilən səmimi görüşdə İSBAM sədri Samir Adigözəlli ilk növbədə mərkəzin fəaliyyət istiqamətləri barədə səfirə məlumat verib. Daha sonra Azərbaycan Türkiyə yüksək tərafdaşlıq və  iki ...

Davamı

Sabaha qar, yağış, külək deyiblər… – HAVA PROQNOZU

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidreometerologiya Departamentindən Turkustan.info-ya verilən məlumata görə, gecə bəzi yerlərdə çiskinli olacaq, yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9° isti, gündüz 13-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə yağış ya

Davamı

Nazirlər Kabineti bəzi gömrük rusumlarını dəyişdi

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.
Məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli və 5 fevral tarixli 34 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyə

Davamı

39 yaşlı kişi özünü yandırdı – Abşeronda dəhşət

Turkustan.info xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Məmmədov Musa Tofiq oğlu ailə münaqişəsi zəminində özünü yandırıb. Nəticədə o, aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.    /ONA/

Davamı

Sabiq icra başçısının yeni kitabı işıq üzü görüb- FOTOLAR

Aprelin 5-də Azərbaycanda Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış “Heydər Əliyev – milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin üzvləri, respublikanın ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri iştirak etmişdir. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik, professor, əməkdar elm xadimi Nizami Cəfərov çıxış edərək bildirmişdir ki, Azərbaycanın siyasi elminin tanınmış nümayəndələrindən biri, ictimai-siyasi sahədə çoxsaylı elmi-tədqiqat əsərlərinin və kitabların müəllifi, siyasi elmləri doktoru, professor Vaqif Abdullayevin müəllifi olduğu ““Heydər

Davamı