BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Sentyabr 23 2019

Ekskluziv

Bakıya daha iki “ASAN Xidmət” – Prezident 6 milyon manat ayırdı

Prezident İlham Əliyev Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb. "Türküstan". info Azərtac-a istinadən xəbər verir ki, Sərəncamla Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentinin ehtiyat fondundan Dövlət Agentliyinə ilkin olaraq 6 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Davamı

DYP-nin saxladığı sürücü Polis Şöbəsində öldü – RƏSMİ

DİN-in mətbuat xidmətinin Gəncə Regional qrupu Goranboy Polis Şöbəsində baş vermiş ölüm hadisəsi barədə açıqlama yayıb. Axar.az-a daxil olan məlumatda bildirilib ki, axşam saat 20:30 radələrində Goranboy rayon sakini, 1956-cı il təvəllüdlü Yolçiyev İlham Zakir oğlu idarə etidyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olan zaman (ailəsi ilə birgə), uzaq görən işıq vurma qaydalarını düzgün istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sürücünün sərxoş olduğu da məlum olub və polis əməkdaşları tərəfindən Goranboy rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərdib edilib və sonra buraxılıb. İ.Yolçiyev şöbənin həyətinə çıxan zaman anidən halı pisləşib. Oraya dərhal təcili tibb

Davamı

Sürücülük vəsiqələri dəyişdiriləcək

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Nazirlər Kabinetinin yaydığı məlumata əsasən, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərarla sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilib. Həmçinin, traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq ediləcək.    /oxu.az/ 

Davamı