BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Noyabr 22 2019

Kriminal

Bakıda 22 yaşlı qız dəm qazından boğulub

Bakıda 22 yaşlı qız faciəvi şəkildə ölüb. Hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 17, mənzil 30-da qeydə alınıb. Həmin mənzildə yaşayan 1997-ci il təvəllüdlü Fəridə Tağıyeva hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

Davamı

Bərdədə 28 yaşlı kişi vəhşicəsinə döyüldü

Bərdə rayonunda gənc oğlan döyülüb. Trend-in məlumatına görə, hadisə rayonun heyvan bazarında baş verib. Bərdə rayonu, Xamtorpaq kənd sakini, 1991-ci il təvəllüdlü Möylanverdiyev Ədalət Möylanverdi oğlu bazar ərazisində olarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onu ağac parçası ilə döyərək hadisə yerindən qaçıb. Ə.Mövlanverdiyev qapalı kəllə beyin travması və ...

Davamı

Bakıda azyaşlılara siqaret satan satıcılar cəzalandırıldı

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara ...

Davamı

Azərbaycanda yol qəzaları – 4 ÖLÜ, 13 YARALI

Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 4 nəfər ölüb. Ötən gn Respublika yollarında ümumilikdə 12 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirən 4 nəfərdən başqa, daha 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən sutka ərzində Bakının Suraxanı və Nərimanov rayonlarında, həmçinin Salyanda baş verən yol qəzalarında piyadalar ...

Davamı

Bakı-Dubay reysində 10 minlik oğurluq

Təyyarədə Bakı sakininin külli miqdarda pulu oğurlanıb. Report xəbər verir ki, Bakı-Dubay reysinin təyyarəsində sərnişin olan T.Vahabovun çantasından oğurluq edilib. Məlumata götrə, ona məxsus 10 min ABŞ dolları və 710 manat pul oğurlanıb. Hadisə vaxtı zərərçəkən Dubay şəhərinə gedirmiş. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.  

Davamı

Binəqədidə evdən külli miqdarda pul və qızıl oğurlandı

Bakının Binəqədi rayonunda oğurluq olub. Milletinsesi.az xəbər verir ki, Biləcəri qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat və 2300 ABŞ dolları, habelə 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Z.Orucov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Davamı

FHN-nin rejisora “atan” “əməkdaşı”: “Biz də dolanmalıyıq da, acından ölək”?

Binəqədi rayonu Biləcəri qəsəbəsində dələduzluq yolu ilə torpaq sənədlərini düzəltmək adı ilə vətəndaşlardan külli miqdarda pul alan və onları süründürən dəstə peyda olub. Həmin şəxslərdən biri  özünü Əmlak və Torpaq komitəsinin sədr müavini Əfqan, digəri Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Elvin Zamanov kimi təqdim edərək rejisor Qurbanov Zaur Nizami oğlundan FHN-nin  ...

Davamı

Azərbaycanda vəzifəli şəxslər barəsində CİNAYƏT İŞİ AÇILDI

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı və Sabirabad rayon şöbələrində güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edilməsində qanunvericiliyin tələblərinə əməl edilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun ...

Davamı

Gəncədə narkobaron saxlanıldı

Gəncədə narkobaron saxlanılıb. Bu barədə Milletinsesi.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəmkir rayon Dəllər qəsəbə sakini, 31 yaşlı Sənan Əliyev saxlanılaraq “Lada Priora” markalı avtomobili ilə birlikdə ...

Davamı

Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanıldı

Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsi ...

Davamı