BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , Avqust 17 2019

Monthly Archives: Aprel 2019

Neftçala sakini bədbəxt hadisə nəticəsində ölüb

Neftçala sakini bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Cəngən kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Vasif Məzahim oğlu Nəcəfov çənə su vurarkən çən partlayıb. V.Nəcəfov çənin dağıntıları altında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır. (ONA)

Davamı

Qlobal istiləşmə nəticəsində okeanlarda fırtınalar güclənib

Planetin havası istiləşdikcə, dəniz və okeanlarda qasırğalar daha təhlükəli olur. AZƏRTAC “Haytek+” saytına istinadla xəbər verir ki, küləyin sürətinin və dalğaların hündürlüyünün artması həm gəmilər, həm də sahilyanı infrastruktur üçün təhlükəli ola bilər. İqlim dəyişmələrinin nəticələri çox fərqlidir və bu nəticələr bəzən aşkar görünmür. Tədqiqatçılar 1985-2018-ci illər ərzində 31 peyk ...

Davamı

İsrail iki suriyalı məhbusu azadlığa buraxmaq qərarına gəlib

İsrail aprelin əvvəlində 37 il öncə Livanda itkin düşmüş israilli tankçı Zaxariya Baumelin cəsədinin qalıqları qaytarılandan sonra iki suriyalı məhbusu azadlığa buraxmaq qərarına gəlib. Bu barədə İsrailin dövlət radiosu “Kan” məlumat yayıb. “Baumelin cəsədinin qalıqları qaytarılandan sonra İsrail xoşməramlı jest olaraq 2 suriyalı məhbusu azad etmək qərarına gəlib”, – deyə ...

Davamı

Jurnalistlər Sumqayıtda ağac əkdi

Jurnalistlər Sumqayıtda ağac əkdi

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib. Milletinsesi.az xəbər verir ki, bu gün baş tutan aksiyada 100-dən artıq media numayəndəsinin iştirakı ilə 300 müxtəlif cinsli ağac tingi əkilib, son ...

Davamı

Qreypfrutun bilmədiyiniz ziyanı

Qreypfrutun bilmədiyiniz ziyanı

Vitamin, mineral, orqanik turşularla zəngin olan qreypfrut çox faydalı meyvədir. Qreypfrut ürək-damar sistemini möhkəmləndirir, orqanizmdə xolesterinin səviyyəsini aşağı salır, həzmi yaxşılaşdırır,  immun sisteminə müsbət təsir edir, orqanizmin tonusunu qaldırır, arıqlamağa kömək edir. Lakin bütün bu faydalı xüsusiyyətlərlə yanaşı qreypfrutun çox ciddi ziyanlı xüsusiyyəti də var. Alimlər araşdırıb ki, qreypfrut və ...

Davamı

Vyana dünyada ən çox bal arısının yaşadığı paytaxt şəhərdir

Vyana şəhəri ərazisində hazırda 5 min arı ailəsi mövcuddur. Orta hesabla hər arı ailəsində 40 min arı yaşadığını nəzərə aldıqda, 200 milyon bal arısı bu şəhərin „sakini” sayılır. Bu barədə məlumatı „Hektar Nektar” adlı startap şirkəti yayıb. Şirkətin məlumatına görə, hazırda Vyana dünyada ən çox bal arısının yaşadığı şəhərdir. Əhalisi ...

Davamı

“İran öz neftini bir çox üsüllarla sata bilər”

“İran öz neftini bir çox üsüllarla sata bilər”. Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Səid Hüseyn Nəqavi bildirib. “ABŞ rəsmiləri İranın neft satışını minimuma endirmək üçün əllərindən gələni etdilər, lakin onlar uğursuzluğa məhkumdurlar. Çünki indi İran 1,5 milyon bareldən artıq neft və qaz ixrac edir”, – ...

Davamı

İmişlidə silsilə oğurluqlar edən şəxslər saxlanılıb

İmişli rayonunda silsilə oğurluqlar edən kənd sakinləri tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən xəbərə görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Məmmədova məxsus avtomobildən 4700 manat pul oğurlamaqda şübhəli bilinən Məzrəli kənd sakinləri A.Əliyev, əvvəllər məhkum olunmuş M.Fazilov və T.Fətəlizadə saxlanılıblar. T.Fətəlizadənin ətrafında aparılmış əməliyyat ...

Davamı

Poqba “Real”a bir addım da yaxınlaşdı

Poqba “Real”a bir addım da yaxınlaşdı

“Mançester Yunayted”in kapitanı Pol Poqba “Real” keçməkdə israrlıdır. Milletinsesi.az-ın “The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçinin meneceri Mino Rayola yeni müqavilə ilə bağlı klub rəhbərliyiylə planlaşdırılan görüşü ləğv edib. Komandanın uğursuz çıxışının davam etdiyini görən 26 yaşlı futbolçu İspaniyaya getmək istədiyini növbəti dəfə dilə gətirib. Qeyd edək ki, ...

Davamı

Yaponiyada 2018-ci ildə boş evlərin sayı rekord həddə çatıb

Yaponiyada 2018-ci ildə boş evlərin sayı 8 milyon 460 minə çatıb. Bu barədə Yapniya Ümumilli İşlər Nazirliyinin aprelin 26-da dərc etdiyi hesabatda məlumat verilir. Həmin hesabat beş ildən bir dərc edilir. Sənəddə qeyd edilir ki, 2018-ci il oktyabrın 1-nə olan son məlumata görə ölkə üzrə boş evlərin sayı 8 milyon ...

Davamı