BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , Avqust 17 2019

Daily Archives: Aprel 25, 2019 20:03

Məmməd Musayev: “Ölkədə 972 min sahibkarlıq subyekti var”

“Hazırda ölkədə qeydiyyatdan keçmiş 972 min sahibkarlıq subyekti var, onların 130 mini hüquqi şəxslərdir”. Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “Report”a daxil olan məlumata görə, bunu sözügedən qurumun prezidenti Məmməd Musayev 25 aprel “Sahibkarlar Günü” ilə bağlı qeyd edib. Onun sözlərinə görə, Vergilər Məcəlləsinə ciddi əlavə və dəyişikliklər edilib: “Nəticədə kiçik və orta sahibkarlar mənfəətdən 75% həcmində güzəşt əldə ediblər. Gömrük ...

Davamı

Putin Çinə getdi

Putin Çinə getdi

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib. Milletinsesi.az xəbər verir ki, bu barədə RİA yazıb. Məlumata görə, Putinin təyyarəsi artıq Pekin hava limanına enib. Rusiya prezidenti Pekində ikinci “Bir yol, bir qurşaq” forumunda iştirak edəcək.

Davamı

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

Ölkədə təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” ADA Universitetində təşkil edilən “ADA Innovation Awards 2019” mükafatının keçirilməsinə növbəti dəfə dəstək olub. Milletinsesi.az xəbər verir ki, ideyanın əsas məqsədi tələbələrə innovativ ideyalarını irəli sürməklə öz startapını başlamaq və real biznes qurmasına şərait yaratmaqdır. Müsabiqənin yekun mükafatlandırma mərasimi mayın 24-də ...

Davamı

DİQQƏT! Gənc müəllimlər mükafatlandırılacaq! – 1000 manata qədər

DİQQƏT! Gənc müəllimlər mükafatlandırılacaq! – 1000 manata qədər

Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə “İlin gənc müəllimi-2019” müsabiqəsinə start verilib. Milletinsesi.az xəbər verir ki, müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır. Layihənin icrası 3 mərhələdə həyata keçiriləcək: 1-ci mərhələdə gənc müəllimlər onlar üçün ...

Davamı

Ukraynada dünya müharibəsinə aid silah anbarı aşkarlandı

Ukraynada dünya müharibəsinə aid silah anbarı aşkarlandı

Ukraynanın Nikolayev vilayətində İkinci Dünya müharibəsinə aid 1622 silah-sursatın olduğu anbarı aşkarlanıb. Azərtac xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Məlumata görə, metal məmulatlarının axtarışı zamanı ilkin olaraq 82 mm kalibrli mina tapılıb. Dərhal müvafiq qurumlara müraciət edilib. Ərazilər xüsusi texnikalarla yoxlandıqdan sonra İkinci ...

Davamı

Gəncədə mina tapıldı

Gəncədə mina tapıldı

Gəncə şəhərində piyada əleyhinə mina tapılıb. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Milletinsesi.az-a verilən məlumata görə, aprelin 25-də saat 11:30-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu ...

Davamı

Azərbaycanlı alimin Polşada barelyefi qoyuldu

Azərbaycanlı alimin Polşada barelyefi qoyuldu

Görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələri nəzərə alaraq, Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşa Respublikasındakı səfirliyinin dəstəyi ilə görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin təhsil müəssisəsinin ərazisində 2019-cu il 24 aprel tarixində Y.Məmmədəliyevə həsr olunmuş barelyefin ...

Davamı

3 ayda 283 maşın istehsal olundu

3 ayda 283 maşın istehsal olundu

2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 milyon manatlıq məhsul istehsal edilib. Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə ...

Davamı

CAR-da aramsız yağışlar 70 nəfəri öldürdü

Cənubi Afrika Respublikasında (CAR) aramsız yağışlar fəsadlara yol açıb. Trend-in məlumatına görə, ölkənin cənubunda Kbazulu-Natal vilayətində yağışların törətdiyi daşqınlar nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. Daha 1000 nəfərin isə təbii fəlakət səbəbindən evlərini tərk etdiyi bildirilir. Güclü yağışların yolları yuduğu, evlərə ziyan vurduğu deyilir. Hazırda həmin ərazilərdə xilasetmə işləri aparılır.

Davamı

Paytaxtda qanunsuz toyuq sexi aşkarlandı

Paytaxtda qanunsuz toyuq sexi aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daha bir qanunsuz toyuq sexi aşkarlayıb. Agentlikdən Milletinsesi.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında AQTA və aidiyyəti qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçirilib. Baxış zamanı vətəndaş Babayev Ceyhun Rafiq oğluna məxsus ...

Davamı