BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Sentyabr 23 2019

Daily Archives: İyun 14, 2019 17:36

İyunun 18-nə dolların rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 18-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Milletinsesi.az-a bildirilib ki, bankın iyunun 18-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Davamı

Yevlaxda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Yevlaxda yol qəzası olub. Hadisə Yevlax-Xaldan avtomobil yolunda qeydə alınıb. “Opel” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan, 2005-ci il təvəllüdlü Səlimov Elmir İsmət oğlu və 2011-ci il təvəllüdlü Dəmirov Ömər Ruslan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. (APA)

Davamı

İyunun 23-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

İyunun 23-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Milletinsesi.az-a verilən xəbərə görə, qəbul imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır. Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən ...

Davamı

İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”ın baş sponsorluq etdiyi “Breyn Rinq” intellektual yarışlarının on üçüncü mövsümü davam edir. Milletinsesi.az xəbər verir ki, kubok uğrunda mübarizədə aparacaq 3 komandanın adı artıq məlumdur. Onlar “Gəncə”, “Nar” və “Kapital” komandalarıdır. Qeyd edək ki, bu ilin martından başlayan yarışın on üçüncü ...

Davamı

Məhəmməd Hadi küçəsində su xəttində yenidən qəza baş verib

Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığından) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus su xəttində yenidən qəza baş verib. Bu barədə Milletinsesi.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumata görə, baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün “Azərsu” ərazidə qazıntı işləri aparır. Sürücülərdən qeyd olunan ...

Davamı

Günün qoroskopu: “Ciddi maliyyə itkiləri ola bilər”

Qoç – işdə əla nəticələrə nail olmaq imkanı var. Rəqibləri üstələyə, bədxahları tərksilah edə bilərsiniz. Risk istisna deyil. Narahat olmayın, qorxmayın. İntiusiya sizə nə zaman aktiv fəaliyyətdə olmağı, nə zaman da kölgəyə çəkilərək gözləməyi deyəcək. İşgüzar ünsiyyətdə çətinliklər ola bilər. İş yerində rəhbərlik sizə əsl diktator təsiri bağışlamasın. Birgə layihələr ...

Davamı

Dünyanın ən bahalı restoranlarının qiymətləri şoka salır

Yemək yemək doymaqdan əlavə eyni zamanda bir ritualdır. Sosiallaşma üçün əhəmiyyətli bir vasitə olan yemək münasibətlərin başlamasında, böyük iqtisadi müqavilələrin imzalanmasına vasitə ola bilər. Beləliklə yeməyin harda yeyilməsi də əhəmiyyətli bir faktordur. Buna görə də restoran seçimi də əhəmiyyətli yer tutur. Dünyanın ən bahalı restoranlarını təqdim edirik. Masa Nyu York- ...

Davamı

Maliyyə Nazirliyində yeni təyinatlar

Maliyyə Nazirliyində aparat rəhbərinin müavini vəzifəsinə təyinat olub. Report xəbər verir ki, bu vəzifə Adil Əhmədova həvalə edilib. O, bundan əvvəl nazirliyin ləğv edilmiş Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət üzrə Dövlət Xidmətinin rəisi olub. Həmin idarənin rəis müavini olmuş Mehdi Qasımova isə nazirin müşaviri vəzifəsi verilib.  

Davamı

Yaponiyada “ördək-robot” düyü əkininə yardım edir

Yaponiyanin şimal-şərqində Yamaqata prefekturasındakı düyü tarlalarında alaq otlarını məhv etmək məqsədilə “ördək-robot”dan istifadə olunur. AZƏRTAC Jiji Press agentliyinə istinadla xəbər verir ki, “Nissan” avtomobil şirkətinin mütəxəssisləri tərəfindən hazırlanan robot iki vinti vasitəsilə su dolu torpağı qarışdıraraq alaq otlarının fotosintez prosesinə mane olur. Təqribən 60 santimetr ölçüdə, kvadratşəkilli “ördək-robot” 1,5 kiloqram ...

Davamı

Müdafiə naziri Çin səfiri ilə görüşdü

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan Çinin fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan ilə görüşüb. Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan Müdafiə naziri bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ...

Davamı