BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Avqust 19 2019

Monthly Archives: İyul 2019

Nazirlik şəhid ailələri və qazilərə mənzil verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 50 mənzil təqdim edib. Nazirlikdən Milletinsesi.az-a verilən məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış 50 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov ...

Davamı

İlham Əliyev perulu həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu ünvanlayıb. Milletinsesi.az məktubun mətnini təqdim edir: “Hörmətli cənab Prezident, Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. Belə bir əlamətdar ...

Davamı

Hərbçilərimiz Rusiya və Özbəkistana yollandı

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu”, “Səhra mətbəxi” və “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak etmək üçün Azərbaycan hərbçiləri Rusiya və Özbəkistana yola düşüb. Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, yarışlar avqustun 3-dən 17-dək keçiriləcək.  

Davamı

İstirahət gününün hava proqnozu

Azərbaycanda iyulun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milletinsesi.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 22-25° ...

Davamı

Türkiyə İraqda 4 terrorçunu məhv etdi

Hakurk bölgəsində “Pəncə” əməliyyatı nəticəsində öldürülən terrorçuların sayı 72-yə çatıb. Axar.az xəbər verir ki, bu məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb. Nazirlik Şimali İraqa endirilən aviazərbələr nəticəsində 4 terrorçunun öldürüldüyünü bildirib. Bununla bərabər Pəncə-2 əməliyyatı zamanı terrorçulara məxsus yeraltı sığınacaqların birindən 1500 kiloqram ammonium-nitrat və bir neçə silah-sursat ələ keçirilib. Ələ ...

Davamı

ABŞ-ın Azərbaycana artan yardımlarında əsas hədəf

Ekspertlər bunun ilk növbədə İranla mümkün müharibəyə hesablandığını düşünür…  ABŞ prezidenti Donald Tramp 2018-2019-cu maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırıb. Bu barədə məlumatı Vaşinqtonda yerləşən Beynəlxalq Siyasət Mərkəzinə (Center for İnternational Policy) bağlı olan və ABŞ-ın təhlükəsizlik xərclərini araşdıran “Security Assistance Monitor” proqramı məlumat ...

Davamı

Abşeronda külli miqdarda yararsız yumurta məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. AQTA-dan Milletinsesi.az-a verilən məlumata görə, monitorinqlər zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, “At yalı” adlanan ərazidə fəaliyyət göstərən fiziki şəxs Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı ...

Davamı

Erməni “ekspertlər” Bakını şərləyir… – Mixaylovun

Əgər ABŞ-ın İranla qarşılıqlı münasibətləri hərbi münaqişəyə qədər gedib çıxsa, o zaman amerikalıların güvənə biləcəyi yeganə ölkələr – Böyük Britaniya və Səudiyyə Ərəbistanıdır. Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq, konfliktologiya sahəsində mütəxəssis Yevgeni Mixaylov Vaşinqtonun Yaxın Şərqdəki ənənəvi müttəfiqi Türkiyə ilə münasibətlərinin pozulması fonunda Pentaqonun İrana hücum üçün Azərbaycana arxalanmasına ...

Davamı

Messiyə cəza və cərimə

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Argentina millisinin kapitanı Lionel Messini cəzalandırıb. Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, buna onun  qırmızı vərəqə aldığı Çili ilə Amerika kubokunun 3-cü yer uğrunda oyunundan sonra konfederasiyanı korrupsiyada ittiham etməsi səbəb olub. 32 yaşlı hücumçu yarışın təşkilatçılarını Braziliyanının turniri qalibi olmaq üçün çalışdıqlarını söyləyib. ...

Davamı

Samux və Ağsuda da qaz kəsiləcək

Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.  “Azəriqaz” İstehsalat Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, görüləcək təmir işlərinə görə bu gün səhər saat 09.00-dan işlər bitənə qədər Samux rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. Ağsu rayonunda da eyni ...

Davamı