BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Dekabr 6 2019

Monthly Archives: İyul 2019

Balakən və Şəkidə 1 tondan artıq çətənə kolu məhv edildi

Yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına əsasən əməliyyat tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Milletinsesi.az-a verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları tərəfindən rayonun Gərəkli kəndi ərazisində çay kənarında yabanı halda bitmiş ümumi çəkisi 1 ...

Davamı

Şəmkirdə qardaş qardaşı bıçaqladı

Şəmkir rayonunda yıxılaraq xəsarət aldığını deyən şəxsin bıçaqlandığı məlum olub. 38 yaşlı İntiqam Əliyev şəxsi mübahisə zəminində qardaşı Hafiz Əliyev tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır (Report).

Davamı

V qrup üzrə qabiliyyət imtahanlarına start verilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanları keçirəcək. Mərkəzdən Milletinsesi.az-a bildirilib ki, qabiliyyət imtahanları 1 – 14 iyul tarixlərində keçiriləcək. İmtahandan iştirak edəcək abituriyentlərhttps://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egovlinkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər. ...

Davamı

Bakıda güclü külək 15 ağacı aşırdı

İyunun 29-da axşam saatlarından başlayan güclü külək səbəbindən paytaxtda 15 ağac aşıb. Bu barədə Trend-ə Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. Şöbə rəisinin sözlərinə görə, ağac aşması ilə bağlı müraciətlər əsasən Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonlarından daxil olub: “Müxtəlif ünvanlardan 15 ...

Davamı

Təmas xəttində baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

Davamı

Bakı Metropoliteni yay qrafikinə keçdi

Tədris mövsümünün başa çatması, eləcə də paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu səbəbdən, Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər edilir. Milletinsesi.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, oyulun 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçir. ...

Davamı

Dolların bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 1 iyul tarixinə olan valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Milletinsesi.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 avro 1,9293 manat təşkil edir. 1 türk lirəsi 0,2964 manat, 1 rus rublu 0,0270 manat, 100 İran rialı 0,0040 manat, 1 ...

Davamı

İyulda hava necə olacaq?

İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milletinsesi.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Ayın ilk günlərində havanın qeyri-sabit, nisbətən sərin keçəcəyi gözlənilir. Abşeron yarımadasında ...

Davamı

Bakıda UNESKO-nun mühüm sessiyası başladı

Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası başlayıb. Milletinsesi.az xəbər verir ki, iyulun 10-dək davam edəcək sessiyada dünyanın 180-dən artıq ölkəsindən 2500 nəfərdən artıq nümayəndə iştirak edir. Sessiyanın açılış mərasimində ilk olaraq Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib. O, UNESKO-nun ən mötəbər, nüfuzlu komitəsinin sessiyasının Bakıda təşkil edilməsindən məmnunluğunu bildirib. ...

Davamı