BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , Dekabr 8 2019

Daily Archives: İyul 5, 2019 11:45

Gömrükçülər külli miqdarda siqaret aşkarladı

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə “Mersedes Benz” markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlərin Xaçmaz rayonu ərazisindən Bakı şəhəri istiqamətinə daşınması barədə əməliyyat məlumatı daxil olub. Komitədən Milletinsesi.az-a verilən məlumata görə, yaradılan əməliyyat qrupu tərəfindən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin avtomobil ...

Davamı

İlham Əliyev daha bir xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev teatr və kino aktyoru, xalq artisti Məmmədsəfa Qasımova mənzil hədiyyə edib. Bu barədə Report-a M.Qasımov özü məlumat verib. O bildirib ki, mənzilin açarları bu gün təqdim olunacaq: “Prezident İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısı mənə çox böyük diqqət göstərib. Artıq mənzilin sənədlərini götürmüşəm. Bu gün gedib evimə ...

Davamı

Məmmədyarov Peruda görüşlər keçirdi

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Peru Respublikasına işgüzar səfəri çərçivəsində 3 iyul tarixində Perunun Xarici İşlər naziri Nestor Popolizio Bardales ilə görüşüb. Xarici İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan-Peru münasibətlərinin inkişafı, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazir Elmar Məmmədyarov Azərbaycanın ...

Davamı

“Qarabağ”ın rəqibində yeni müqavilə

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Partizani”  futbolçusu Labinot İbrahimi ilə başa çatan müqavilənin müddətini uzadıb. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı müdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb. Qeyd edək ki, İbrahimi 2013-cü ildən Albaniya təmsilçisində oynayır.

Davamı

Nazirdən maaş və pensiyalarla bağlı – Müjdə

Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkədə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır. Report xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ...

Davamı

Təmas xəttində nisbi sakitlikdir – MN

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.  

Davamı

Abşeronda AĞIR QƏZA – Yaralılar var

Dünən 20:37 radələrində Abşeron rayonu, Məhəmmədi kəndində “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında yol nəqliyyat hadisəsi baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, qəza nəticəsində iki qadın, bir kişi və bir uşaq müxtəlif travmalar alıb. Yaralılar hamısı 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Hazırda müalicələri davam edir.

Davamı

Azərbaycanda tələbələrin köçürülməsi başladı

Bu gündən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də Azərbaycanda yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başlayıb. Təhsil Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu iyulun ...

Davamı

Sumqayıt-Bakı qatarında problem yarandı

Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb. Report xəbər verir ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:40-da çıxan qatar 2 dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub. Maşinist problemin texniki nasazlıqdan qaynaqlandığını bildirib. Nəticədə qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də, yəni 30 dəqiqə gec çatıb. ...

Davamı

Mərkəzi Bank yeni məzənnəni açıqladı

Azərbaycan Mərkəzi Bankı 5 iyul tarixinə olan valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Milletinsesi.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 avro 1,9178 manat təşkil edir. 1 türk lirəsi 0,3028 manat, 1 rus rublu 0,0268 manat, 100 İran rialı 0,0040 manat, 1 ...

Davamı