BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , Sentyabr 22 2019

Monthly Archives: Avqust 2019

Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 27-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən xezerxeber.az-a bildirilib ki, bankın avqustun 27-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub. © xezerxeber.az

Davamı

Merkel dəvət etdi, Tramp Almaniyaya gedir

ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin dəvəti ilə bu ölkəyə səfər edəcək. Milletinsesi.az  xəbər verir ki, bu barədə Tramp G7 liderlərinin Biarrisdə keçirilən görüşü zamanı deyib. “Biz tezliklə ora səfər edəcəyik. Bu mənim üçün böyük şərəfdir”, – Tramp bildirib.

Davamı

“Qarabağ” məni satmaq istəmirsə…” – Zubir

“Gözlədiyim kimi asan oyun olmadı. Rəqib bizi arxa xəttdə qarşıladı. İlk qoldan sonra daha çox boşluqlar tapdıq və öz oyunumuzu sərgiləməyə başladıq”. Milletinsesi.az-ın Qol.az-a istinadən məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqanın 2-ci turunda “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra söyləyib. 27 yaşlı yarımmüdafiəçi ...

Davamı

Morales dünya liderlərini Amazonka meşələrində yanğınla mübarizəyə səslədi

Boliviya prezidenti Evo Morales G7 liderlərini ölkəsinə gəlməyə dəvət edib və Amazon meşələrindəbaş verən yanğınla mübarizədə kömək etməyə səsləyib. Milletinsesi.az TASS-a istinadən  xəbər verir ki, Morales “Twitter” səhifəsində dünya liderlərinin Amazonyada yanğından zərər çəkmiş ölkələrə təcili yardım etmək niyyətini alqışlayıb. “Prezident Emmanuel Makronu və həmkarlarını əməkdaşlıq vədlərini yerinə yetirmək üçün ...

Davamı

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başladı

Bu gün saat 12:00-da məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. Axar.az xəbər verir ki, şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir. Ümumi təhsil məktəblərində ərizələrin ...

Davamı

“Elmar Məmmədyarovun gəlini amerikalı yox, ermənidir” — Hafiz Hacıyevdən ŞOK İDDİA

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oğlunun ABŞ vətəndaşı olan əcnəbi xanımla evlənməsindən danışıb.  Partiya sədri Demokrat.az-a açıqlamasında bildirib ki, Elmar Məmmədyarovun yeni gəlini milliyətcə ermənidir: “Elmar Məmmədyarovun gəlini amerikalı yox, ermənidir. Adını və soyadını dəyişib, amerikalı qoyub. Azərbaycanın xarici siyasətinə cavabdeh olan bir şəxsin ...

Davamı

Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb: Fabrik, otel, zavod… (FOTOLAR)

İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı, “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevdir. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Bildirib ki, İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşən otel Pərviz ...

Davamı

“Qalatasaray”ın futbolçusu İspaniya klubunda

“Qalatasaray” bu yay transfer etdiyi Valentine Ozornvaforu icarəyə verib. Qol.az klubun saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi nigeriyalı müdafiəçini İspaniya Sequndasında çıxış edən “Almeriya”ya göndərib. 20 yaşlı müdafiəçi 2019/20 mövsümünü İspaniyada keçirəcək. Qeyd edək ki, “Qalatasaray” Ozornvaforu bu yay Nigeriyanın “Enyimba” klubundan 300 min avroya transfer edib.

Davamı

Yunanlar narahatdır: Türkiyə hər şeyi məhv edəcək

Egey və Şərqi Aralıq dənizində uçuşlar həyata keçirən Türkiyəyə məxsus “Anka” və “Bayraqdar TB2” yunanlarda dərin narahatlıq yaratmağa başlayıb. Bununla bağlı “Fileleftheros” qəzeti məlumat yayıb. “Egeydən Kiprə qədər hər şeyi məhv edirlər. Hər hərəkəti qeydə alıb, məhv etməyə hazırdırlar. Türkiyə regionda hər şeyi nəzarətdə saxlayır. Olduqca qiymətli məlumatlar Türkiyəyə ötürülür. ...

Davamı

Sabahın hava proqnozu açıqlandı

Avqustun 24-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milletinsesi.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 33-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə ...

Davamı