BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Avqust 19 2019

Daily Archives: Avqust 8, 2019 14:45

“Reket” jurnalist Osman Nərimanoğlu Məhəmmədəli Qəriblidən üzr istəyəcək, cərimə ödəyəcək – MƏHKƏMƏ QƏRARI

Fermerləri şantaj edərək toyuq, qaz, hinduşka tələb edən İkram Rəhimovun daha bir “jurnalist” ortağı ifşa olundu Göygöl Rayon Məhkəməsində “Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin, özünü jurnalist kimi qələmə verən, “demokratik.az” adlı domenin istifadəçisi, Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə adı “qara siyahı”ya salınaraq “reket” elan olunan Rzayev Osman Nəriman oğluna ...

Davamı

Neftlə bağlı nə baş verir?! – Təhlil

Keçən həftənin sonunda Hörmüz boğazında tanker müharibəsi daha da qızışdı. ABŞ təyyarələri İran hərbi gəmilərinin üzərindən uçdu, Yəməndə böyük gücə malik husilər Səudiyyənin 14 hərbi obyektinə hücum etdi, nəhayət, ABŞ-da neft buruqlarının sayı azaldı – bütün bunlar neftin kəskin bahalaşmasına səbəb olmalı idi. Milletinsesi.az  xəbər verir ki, bu sözləri iqtisadçı ...

Davamı

Səfər Mehdiyevin əndərbadi hesab-kitabı… – Narazılıq

Son günlər Bakıda xarici dövlət nömrə nişanı ilə sərnişindaşıma xidməti göstərən avtomobillərə rast gəlirik… Buna səbəb son illlər avtomobillərin gömrük rüsumunun və aksiz vergisinin artırılmasıdır. Nəticədə avtomobillər sürətlə bahalaşır, yaxud da avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi aparılmır. “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bizimyol.info-ya bildirib ki, astronomik rüsumlar ölkədə sosial-iqtisadi problemlər ...

Davamı

Rusiyada çörək bahalaşıb

Bu ilin ilk yeddi ayında Rusiya mağazalarında çörəyin qiyməti 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıb. Milletinsesi.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bir il əvvəl bu göstərici 2,3 faiz təşkil edirdi. Çovdar və çovdar-buğda unundan hazırlanan qara çörək daha çox bahalaşıb: ötən ilin iyununa nisbətən 9,6 faiz. ...

Davamı

APOEL baş məşqçini istefaya göndərdi – “Qarabağ”a uduzduğuna görə

APOEL baş məşqçisi Paolo Trametsani istefaya göndərib. Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb.  İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Kipr mətbuatı istefaya səbəb kimi komandanın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a evdə 1:2 uduzmasının səbəb olduğunu göstərib. Qeyd edək ki, P.Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı. ...

Davamı

Məşhur “Oazis” restoranı sökülür

Bakının məşhur istirahət məkanlarından biri olan “Oazis” ailəvi restoranı bağlanır. Milletinsesi.az -a daxil olan məlumata görə, 8-ci mikrorayon ərazisində, Şövkət Məmmədov küçəsində yerləşən restoranın yaxın günlərdə söküləcəyi bildirilir. Mənbəmizin iddiasına görə, uzun illərdir fəaliyyət göstərən və Bakının məşhur ailəvi restoranlarından olan “Oazis”in yerində ticarət mərkəzi tikiləcək.

Davamı

Ermənilər atəşkəsi 21 dəfə pozdular

Ermənilər atəşkəsi 21 dəfə pozdular

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Modern.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonu  ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ...

Davamı

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 8-dən 23-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Xezerxeber.az-ın Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən verdiyi xəbərə görə, abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ...

Davamı

Türkiyə Superkubokunun qalibi bəlli oldu

Türkiyə Superkubokunun qalibi bəlli oldu

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.  Qol.az xəbər verir ki, ötən mövsümü “qızıl dubl”la başa vuran “Qalatasaray” və Türkiyə Kubokunun finalçısı “Akhisarspor” qarşılaşıb. Ankarada keçirilən oyunda “Qalatasaray”  Yunus Belhandanın qolu ilə (38-ci dəqiqə) 1:0 qalib gələrək növbəti titulunu qazanıb. Qeyd edək ki, “Qalatasaray” tarixində 6-cı dəfə Superkubokun qalibi olub.

Davamı