BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Sentyabr 23 2019

Daily Archives: Avqust 29, 2019 15:40

Xəzərdə 4 nəfər boğuldu

Bu gün yerli vaxtla saat 06:30-da İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizinin Mahmudabad sahillərində 4 nəfər boğulub. Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti xilasetmə və dalğıc idarə heyətinin rəhbəri Nəqi Kərimian deyib. N.Kərimianın sözlərinə görə, boğulanlardan biri itkin düşüb, biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Rəsmi əlavə edib ...

Davamı

Bu ölkələrə zəmanət verilməlidir – Nazarbayev

Nüvə gücləri nüvə silahından könüllü şəkildə imtina edən dövlətlərə təhlükəsizlik zəmanəti verməlidir. Axar.az xəbər verir ki, bunu Qazaxıstanın Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayev deyib. “Nüvə silahı haqqında mövcud olan strateji stabilliklə bağlı arxaik konsepsiyaya yenidən baxılmalıdır. Nüvə silahına yeni nəzarət sistemi qurulmalıdır”, – deyə o bildirib.    

Davamı

Nazirlik dərsliklərlə bağlı valideynlərə müraciət etdi

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Təhsil Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, sentyabrın 6-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur. Şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumtəhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu addım ...

Davamı

İran vətəndaşından narkotik alan Biləcəri sakini saxlanıldı

İran vətəndaşından narkotik alan Biləcəri sakini saxlanıldı

Polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tərdbirləri davam etdirilir.   Milletinsesi.az xəbər ki, Binəqədi RPİ Cinayət Axtarış Şöbəsinin keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 1985-ci il təvəllüdlü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi sakini,  əvvəllər məhkum olunmayan İsayev Ceyhun Fikrət müəyyən olunaraq tutulub.   Şübhəli ...

Davamı

Babək prospekti bağlandı – Sürücülərə xəbərdarlıq

Babək prospekti bağlandı – Sürücülərə xəbərdarlıq

Babək prospekti müvəqqəti bağlanıb. Bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, Babək prospektindən şəhər istiqamətinə gələndə yolun sağ tərəfində 100 metrlik məsafədə qabarmalar olduğundan həmin hissənin bərpasına başlanılıb. Buna görə də yol müvəqqəti olaraq bağlanılıb. Hazırda sürücülər kənar yola yönləndirilir. A.Nəcəfli Babək ...

Davamı

ABŞ-ın Florida ştatına doğru güclü “Dorian” qasırğası yaxınlaşır

ABŞ-ın Florida ştatına doğru güclü “Dorian” qasırğası yaxınlaşır

Atlantik okeanda formalaşan “Dorian” qasırğası güclənib və ABŞ-ın Florida ştatının sahillərinə doğru yaxınlaşır. APA xəbər verir ki, bu barədə ABŞ-ın fırtınalara nəzarət milli mərkəzi məlumat yayıb. Mütəxəssislərin proqnozuna görə, yaxın bir neçə gün ərzində ABŞ-a bağlı Puerto-Riko ada dövlətində, eləcə də ABŞ-ən Virciniya adasında sel təhlükəsi qaçılmazdır. Bu həftə və ...

Davamı

Müəllimlərin işə qəbul müsahibəsinin nəticələri açıqlandı

Müəllimlərin işə qəbul müsahibəsinin nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib.  Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Təsviri incəsənət və musiqi fənləri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanan qeyri-pedaqoji ixtisaslı namizədlər tutduqları vakant yerə müddətli müqavilə əsasında işə qəbul olunublar. Müsabiqədə uğur qazanmış şəxslər ...

Davamı

Türkiyə prezidenti Boris Consonla Suriyanı müzakirə etdi

Türkiyə prezidenti Boris Consonla Suriyanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İngiltərənin Baş naziri Boris Conson arasında telefon danışığı olub. “Anadolu” agentliyi xəbər verir ki, liderlər ikitərəfli münasibətlər başda olmaqla, Suriya və Liviyadakı proseslər müzakirə edib.

Davamı