BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , Oktyabr 23 2019

Monthly Archives: Sentyabr 2019

Sığorta bazarının sahibi kimlərdir?

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanılmış 422 milyon 931 min manat sığorta haqqının 312 milyon 431 min manatı və yaxud 73,9%-i 5 sığorta şirkətinin payına düşüb. Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (131 milyon 979 min manat), “PAŞA Sığorta” (96 milyon 469 min manat), ...

Davamı

“Neftçi”nin futbolçusu “Sumqayıt”dan üzr istəd

“Neftçi”nin futbolçusu Anton Krivotsyuk Premyer Liqanın III turunda “Sumqayıt”la matçın sonlarında iştirak etdiyi insidentdə hərəkətinə görə üzr istəyib. Qol.az xəbər verir ki, millimizin də üzvü olan gənc müdafiəçi bununla bağlı “İnstagram” hesabında üzrxahlıq mətni yazıb: “Bütün azarkeşlərdən və rəqib komandaya aiddiyatı olan insanlardan üzr istəyirəm. Qoldan sonra bunu həddən artıq ...

Davamı

Nazarbayevin qızı yenidən spiker seçildi

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva yenidən ölkə parlamentinin yuxarı palatasına sədr seçilib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Nazarbayevanın yenidən bu vəzifəyə namizədliyini Qazaxıstan hazırkı rəhbəri Kasım-Jomart Tokayev irəli sürüb. Senatorlar Nazarbayevanın namizədliyini yekdilliklə dəstəkləyiblər. Qeyd edək ki, Dariqa Nazarbayeva atasının könüllü istefasından bəri Qazaxıstan Senatına rəhbərlik edir. Ancaq ...

Davamı

Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın Baş naziri Mamuka Baxtadze istefa verib. Milletinsesi.az xəbər verir ki, Baxtadze bu barədə özünün Feysbuk səhifəsində yazıb. “Mən öz postumu tərk etməyə qərar verdim. Hesab edirəm ki, indiyə qədər öz missiyamı yerinə yetirmişəm”, – Baxtadze bildirib. Qeyd edək ki, Baş nazir Mamuka Baxtadzeni vəzifəsində Daxili İşlər naziri Georgi Qaxariyanın ...

Davamı

Neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Milletinsesi.az Xezerxeber.az-a istinadən  xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar ucuzlaşaraq 59,01 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,06 dollar azalaraq 55,04 dollar təşkil edib.  

Davamı

Region qarışır: daha bir ölkə həyəcan təbili çaldı – Video

Bəhreyn İsrail-Livan sərhədində yaşanan gərginlikdən sonra vətəndaşlarına çağırış edib. Milletinsesi.az xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyi Livandakı vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırıb. “Livanda olan vətəndaşlarımız təcili şəkildə oranı tərk etməlidirlər. Yaşanan olaylara görə tədbir görmək zəruridir”, – bəyanatda bildirilib. Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Nazirliyi ...

Davamı

İordaniya mətbuatı Mehriban Əliyevadan nələr yazdı? – FOTO

İordaniyanın “Petra” dövlət informasiya agentliyində, aparıcı “Əd-Dustur” və “Ər-Ray” qəzetlərində, eləcə də www.orobanews.com, www.nayrouz.com kimi xəbər portallarında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqqında məqalə yayılıb. Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Mehriban Əliyevanın həyatı, çoxşaxəli fəaliyyətinə nəzər salınır. Oxuculara məlumat verilir ki, Azərbaycanın birinci ...

Davamı

Yoxsulluğun genetik səbəbləri

Genetik Yoxsulluğun kökləri barədə sizin fikrinizi dəyişəcək dörd tarixçə Mentalitet Uşaq olanda, sinif yoldaşımgildə biz tez-tez böyüklərdən xəbərsiz divanın üstündə tullanırdıq. Purjunlar bizi çox sevindirirdi; biz hoppandıqca divandan çıxıb havada uçuşan toz çox xoşumuza gəlirdi. 20 ildən sonra mən yenidən uşaqlıq rəfiqəmgilə gedəndə  bir vaxtlar üstündə hoppandığımız həmin divanı yenidən ...

Davamı

Sabah hava necə olacaq?

Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti təşkil ...

Davamı