BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , Oktyabr 23 2019

Daily Archives: Sentyabr 27, 2019 17:58

Yunanıstanda miqrantlarla bağlı vəziyyət gərginləşir

Yunanıstanın Lesbos, Xios və Samos adalarına miqrantların axını davam edir. Son 48 saat ərzində adalara 800 miqrant qeyri-qanuni daxil olub. Avropa Komissiyası Yunanıstana qeyri-qanuni daxil olan qaçqın axınından xəbərdar olduğunu bildirib. Miqrantları yerləşdirmək üçün düşərgələrdə yer çatışmazlığı vəziyyəti daha da çətinləşdirir. Bunun üçün onları ayıraraq ölkə ərazisində müxtəlif düşərgələrdə yerləşdirirlər. ...

Davamı

Vəhşi heyvan saxlayan şəxslərə – Xəbərdarlıq

Bakıda Böyük Britaniya vətəndaşını meymun dişləyərək xəsarət yetirməsi xəbəri narahatlıqla qarşılanıb. Report xəbər verir ki, 58 yaşlı əcnəbi vətəndaş dərhal həkimə müraciət edib və ona zərdab vurulub. Respublikanın Baş Dövlət baytarlıq müfəttişi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyevin ölkədə vəhşi heyvanların ev şəraitində saxlanılması ilə bağlı baytarlıq ...

Davamı

Prezident Georgiyevaya məktub göndərdi

Prezident İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru xanım Kristalina Georgiyevaya təbrik məktubu ünvanlayıb. Milletinsesi.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. “Hörmətli xanım Georgiyeva, Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasındakı əməkdaşlığa böyük ...

Davamı

Külək, yağış, sulu qar – İstirahət günləri üçün hava proqnozu

Ölkə ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milletinsesi.az-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın ...

Davamı

İlham Əliyev 5 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şabran rayonunun Surra–Düz Bilici–Qorğan–Çinarlar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir: 1. Dörd min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Surra–Düz Bilici–Qorğan–Çinarlar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin ...

Davamı

Axtarışda olan 51 nəfər saxlanılıb

Sentyabrın 26-dan 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 11 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, ...

Davamı

Bakıda bəzi marşrut avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək

Bakıda bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 61, 67, 83, 85, ...

Davamı

Nazir iki rəis müavinini işdən çıxardı

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gədəbəy rayon Polis Şöbəsi İstintaq Qrupunun rəisi polis mayoru İbrahim Hüseynov vəzifəsindən çıxarılaraq, həmin qrupun baş müstəntiqi təyin edilib. Milletinsesi.az xəbər verir ki, bu barədə Unikal.org-a Gədəbəy rayon Polis Şöbəsindən məlumat verilib. Nazirin digər əmri ilə polis kapitanı Bərzani Abbasov Gədəbəy rayon ...

Davamı

“Arsenal”da yeni kapitan

“Arsenal”ın yeni kapitanı müəyyənləşib. Qol.az “BBC Sport”a istinadən xəbər verir ki, baş məşqçi Unay Emeri kapitanlıq sarğısını alban əsilli isveçrəli yarımmüdafiəçi Qranit Cakaya verib. Vitse-kapitan isə Aleksandr Lyakazett və ya Pier-Emerik Obameyanq olacağı gözlənilir. Qeyd edək ki, buna qədər “Arsenal”ın kapitanı avqustda London klubundan “Bordo”ya keçən Loren Koselni idi.

Davamı

Strasburqda möhtəşəm muğam konserti

Fransanın Strasburq şəhərində İmadəddin Nəsiminin 650 illiyi və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə “Qarabağ” muğam qrupunun ifasında konsert keçirilib. Bu barədə Milletinsesi.az-a Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən məlumat verilib. Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının Strasburqun mərkəzində yerləşən qədim Sən-Pyer-lö-Jön ...

Davamı