BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , Noyabr 17 2019

Daily Archives: Oktyabr 22, 2019 17:46

İlham Əliyev Şahin Mustafayevi qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Milletinsesi.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.  

Davamı

“Sevil” operası nümayiş ediləcək

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyi ölkə miqyasında müxtəlif tədbirlərlə geniş qeyd olunur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da bu yubileyə öz töhfəsini verməyə hazırlaşır. Axşam.az xəbər verir ki, oktyabrın 27-də sənət ocağında C. Cabbarlının ...

Davamı

İlham Əliyev Yanoş Aderi təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb. Milletinsesi.az məktubun mətnini təqdim edir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan-Macarıstan əlaqələri gündən-günə genişlənməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada ...

Davamı

Mingəçevir su anbarı təmizlənir

Mingəçevir su anbarının qadağan olunmuş ov vasitələrindən təmizlənməsinə başlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti tədbir Mingəçevir su anbarında tədbir keçirilib. 8 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən ...

Davamı

Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 23-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Milletinsesi.az-a bildirilib ki, bankın oktyabrın 23-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Davamı

Prezident 2 sərəncam, 1 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir: 1. Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra ...

Davamı

Günün qoroskopu: “Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın”

Qoç -yeni biliklər və məlumatlar əldə etmək üçün münasib zamandır. Nikbin olun. Təcrübənizi artırın. Maliyyə məsələlərinin çözülməsində ehtiyatlı olun. Gərəkli informasiyanın olmaması itkilər və ya zərərə səbəb ola bilər. Avantüralara qatılmayın. Günün ikinci yarısında şəxsi münasibətlərdə maraqlarınızı nəyin bahasına olursa-olsun, təmin etməyə çalışmayın. Axşam saatlarını istirahətə, sevdiyiniz insanla ünsiyyətə həsr ...

Davamı

Daha bir nazir işdən çıxarıldı – 2 sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir: Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilsin. Prezidentin digər sərəncamı ilə Şahin Mustafayev Baş nazirin müavini təyin edilib.  

Davamı

Zelenski Nazarbayevi Ukraynaya dəvət etdi

Prezidenti Vladimir Zelenski Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevi ölkəsinə səfərə dəvət edib. Milletinsesi.az xəbər verir ki, bu barədə Nazarbayevin ofisinin mətbuat xidməti informasiya yayıb. Məlumata görə, Tokioda görüş zamanı Nazarbayev Zelenskini seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və xalqın ona böyük etimad göstərməsindən bəhs edib. Zelenski isə ölkələr arasında bir ...

Davamı

Bakıda iki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək

Oktyabrın 25-26-da Bakı şəhərində “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin G.Qədirbəyova və Həsənoğlu küçəsi ilə kəsişmələrində tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 5 və 11 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək. Bu barədə Milletinsesi.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, ...

Davamı