BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Noyabr 19 2019

Daily Archives: Noyabr 2, 2019 17:13

Aslıdan müzakirələrə səbəb olacaq paylaşım

Müğənni Murat Boz və aktrisa Aslı Enver bir neçə gün əvvəl ayrılıq xəbəri ilə gündəmə gəlib.Axşam.az-ın məlumatına görə, cütlük məsələ ilə bağlı heç bir açıqlama verməyib. Bu günlərdə isə Aslı paylaşımı ilə diqqət çəkib. Aktrisa üzərində “Ən yaxşı eşq özünü sevməkdir” sözlərinin yazıldığı kofta ilə foto çəkdirib və yayımlayıb.

Davamı

Şeydayev yenə ehtiyatda qaldı

Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilir. Qol.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi  Moskva “Dinamo”su doğma meydanda “Axmat”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Ramil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. “Dinamo” hazırda 15 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Davamı

Bakıda “bomj”un meyiti tapıldı

Xəzər rayonunda kişi meyiti tapılıb. Noyabr ayının 1-də saat 14:45 radələrində Xəzər rayonu, Qala qəsəbəsinin Xaşaxuna adanan ərazisində yerləşən bağ evində 59 yaşlı kişi meyiti tapılıb. Araşdırma zamanı məlum olub ki, meyitXaşaxuna bağ evində tək yaşayan, tüfeyli həyat tərzi keçirən 1960-cı il təvəllüdlü Zakir Əliağa oğlu Göyçayevə məxsusdur. Meyitə baxış ...

Davamı

Tatarıstanda 30-dan çox uşaq zəhərləndi

Rusiyanın Tatarıstan Respublikasında 30-dan çox uşaq hoteldə zəhərlənib. Trend-in məlumatına görə, Kazan şəhərində 6-10 yaş arasında 31 uşaq zəhərlənmə simptomu ilə həkimə müraciət edib. Onlardan 6 nəfəri xəstəxanaya yerləşdirilib. Məlum olub ki, uşaqlar hotelin restoranında yemək yedikdən sonra zəhərlənib. Tatarıstan prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.

Davamı

Günün qoroskopu: “Bu günün problemləri ilə çarpışmaq sizə çətin olacaq”

Qoç – möhtəşəm gün sayılmaz, amma cari məsələlərin həlli, şəxsi həyatın qaydaya salınması üçün münasibdir. Başqalarının da işinə əncam çəkə bilərsiniz: ətrafınızdakılara böyük yardım etmək, həmçinin onlara xoş təsir bağışlamaq imkanınız var. Risk etmək, oyun oynamaq, ekstremal idman növləri ilə məşğul olmaq məsləhət deyil. Əgər sükan arxasındasınızsa, günün ikinci yarısı ...

Davamı

Ukraynada Rusiyanı nüvə silahı ilə hədələdilər

Rusiyaya nüvə silahı ilə hücum etmək təklif edilib. Ukraynalı politoloq Taras Zaqorodni “Glavred” qəzetinə müsahibəsində Ukraynanın orta mənzilli raketlərin istehsalına başlamasını təklif edib və əlavə edib ki, sonradan bu nüvə silahlarını Rusiyaya doğru yönəldə bilər. O bildirib ki, nüvə silahı olarsa, Ukraynanın Rusiyadan asılılığı azalacaq: “Biz 2,5 min kilometr məsləfəli ...

Davamı

Hansı sitrus meyvəsi ən faydalıdır?

Soyuq fəsillərdə sitrus meyvələri bizi lazım olan vitamin və minerallarla təmin edir. Bütün sitrus meyvələri çox faydalıdır. Lakin onların arasında da öz çempionu var. Hansı sitrus meyvəsi ən faydalı sayıla bilər? Saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə sitrus meyvələrinin “reytinqini” təqdim edir. 1. Portağal. Bu meyvədə C vitamini digər sitruslarla müqayisədə ...

Davamı

Trampın yeni reytinqi açıqlandı

ABŞ Nümayəndələr Palatasının Prezident Donald Trampa qarşı impiçment prosedurunun başladılmasından sonra onun reytinqində ciddi dəyişiklik baş verməyib. Axar.az xəbər verir ki, bu nəticə “Assoşeyted Press” agentliyinin sorğusundan sonra ortaya çıxıb. Sorğu iştirakçılarının 61%-i Trampın demokratik institutlara hörmət etmədiyini bildirib. Respublikaçılar arasında Trampın reytinqi 85%, Demokratlar sırasında isə cəmi 7%-ə çatıb. ...

Davamı

Çernobıla gələn turistlərin sayı artıb

“Çernobıl” serialının yayımından sonra Ukraynanın Çernobıl bölgəsinə gələn turistlərin sayı 74,9 faiz artıb. Bu barədə Ukraynanın müvafiq Dövlət Agentliyi məlumat yayıb. Rəsmi açıqlamaya görə, bu ilin 10 ayı ərzində Çernobılı107,6 min nəfər ziyarət edib. Turistlərin 80 faizi xarici ölkələrdən gəlib. Onların sırasında Böyük Britaniya, Polşa, Almaniya, ABŞ, Çexiya ilk yerləri tutur. ...

Davamı

Prezident sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Y.V.Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilsin”.  

Davamı