BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Noyabr 19 2019

Daily Archives: Noyabr 5, 2019 17:22

Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 6-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Milletinsesi.az-a bildirilib ki, bankın noyabrın 6-dan etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Davamı

Məmmədyarov Pristayko ilə görüşdü

Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə üzv ölkələrin Xarici İşlər nazirlərinin Stokholmda keçirilən görüşü çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Milletinsesi.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın ...

Davamı

Avro-2020-ni göstərəcək Azərbaycan kanalları bilindi

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib. Qol.az xəbər verir ki, bu barədə  İTV-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə nəzərdə tutulan AVRO-2020-nin ...

Davamı

İrandan 12 kq narkotik gətirilməsinin qarşısı alındı

Noyabrın 3-də saat 07:30 radələrində Astara şəhəri yaxınlığında sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq ölkə ərazisinə narkotik maddə gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən aşkar edilib. Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən Milletinsesi.az-a bildiriblər ki, sərhədçilərin qanuni tələblərinə ...

Davamı

Siyasi partiyalar tərəfindən 11 839 nəfərin namizədliyi irəli sürülüb

Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 23768 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı Dairə Seçki Komissiyalarına müraciət edib. Bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib. MSK sədri bildirib ki, 11899 nəfər fərdi qaydada, 11839-u siyasi partiyalar ...

Davamı

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir: 1. Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və ...

Davamı

İsveçdə partlayışların sayı iki dəfə artıb

İsveç Bombaları Zərərsizləşdirmə Milli Dəstəsi son iki ayda 30 dəfə bomba aşkarlanan və partlayışlar törədilən yerlərə cəlb edilib. Ümumiyyətlə, dəstə bu il həmin məqsədlər üçün 100 dəfə çağırılıb. AZƏRTAC xəbər verir ki, İsveç KİV-lərinin yaydığı məlumata görə, bu insidentlərin tələfatla nəticələnməməsi inanılmaz faktdır. Jurnalistlər bildirirlər ki, ötən cümə polis Malmö ...

Davamı

Hindistanda qadın məmur ofisində yandırıldı

Hindistanın Telangana şəhərində vergi məmuru bir qadın torpaq mübahisəsi ilə bağlı ofisinə gələn adam tərəfindən yandırılıb. Milletinsesi.az oxu.az-a istinadən xəbər verir ki, vergi məmurunun üzərinə və otağına benzin tökərək od vuran kişi daha sonra qapını içəridən bağlayaraq bir müddət gözləyib. Qadının qışqırıqlarına gələn işçilər qapını açmağa çalışsalar da, bacarmayıblar. Bir ...

Davamı

Gələn il əhaliyə ödənişlərin məbləği artırılacaq – Nazir açıqladı

Görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı durur. Trend-in məlumatına görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev noyabrın 5-də ...

Davamı

Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olmuş məlumat əsasında Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 91/A ünvanında fiziki şəxs Əliyev Elşan Şirin oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçirilib. AQTA-dan Milletinsesi.az-a verilən məlumata görə, ilkin baxış zamanı antisanitar şəraitdə, qanunsuz fəaliyyət göstərən çörək sexində istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin ...

Davamı