BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , May 26 2020
Son xəbərlər

Daily Archives: Noyabr 15, 2019 17:34

Azərbaycanın bu kəndlərinə qaz verildi

Bu gün Lerik rayonunun Cənginəvud, Vizəzəmin və Peştətük kəndlərinə təbii qaz verilib. Bu barədə Milletinsesi.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bu münasibətlə keçirilən tədbirdə Lerik rayonunun İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, “Azəriqaz”ın Lənkəran Regional qaz istismarı İdarəsinin əməkdaşları iştirak ediblər. Cənginəvud kəndində 48, Vizəzəmin kəndində ...

Davamı

İlham Əliyev 5 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sultan Dadaşovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam izmalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir: Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Sultan Tofiq oğlu Dadaşov 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağsu rayonunda ...

Davamı

Noyabrın 18-nə dolların rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 18-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Milletinsesi.az-a bildirilib ki, bankın noyabrın 18-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən edilib.

Davamı

İlham Əliyev din xadimləri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib. Milletinsesi.az xəbər verir ki, Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərini salamlayıb. “Sizə bir daha “Xoş gəlmisiniz!” demək istəyirəm, sizi yenidən görməyimə şadam. Çox şadam ki, Şimali Qafqaz ...

Davamı

İstirahət günlərində hava necə olacaq?

Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milletinsesi.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 16-sı, 17-də gecə və səhər Böyük Qafqazın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. ...

Davamı

Nazir polis kapitanına vəzifə verdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Ramiz Quliyev vəzifəsindən azad olunaraq, Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinə rəis təyin olunub. Bu barədə Milletinsesi.az-a DİN-dən məlumat verilib. Qeyd edək ki, nazirin bundan öncəki əmri Bakı Şəhər Baş Polis İdarəsinin ...

Davamı

İlham Əliyev Qüdsün baş ravvini ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarı qəbul edib. Milletinsesi.az xəbər verir ki, görüşdə tərəflər arasında maraqlı fikir mübadiləsi aparılıb.  

Davamı

Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı

Çinin Orta Şərqə unikal “PUA” (Pilotsuz Uçuş Aparatı) satması dünyada narahatlıq yaradıb. Milletinsesi.az oxu.az-a istinadən xəbər verir ki, bu silahlı uçuş aparatları kimin “sağ qalması və ya ölməsi” məsələsini müəyyən edə biləcək. Avstraliyada “New South Wales” Universitetinin professoru Tobi Valş bu barədə açıqlama verib. “Özünüzü müdafiə edə bilməyəcəksiniz. Hücum başlasa, ...

Davamı

Texas ştatının parlament üzvü aeroportda kokain olan zərfləri düşürdüyünü etiraf edib

ABŞ-ın Texas ştatının parlament üzvü Ponço Nevares Ostin şəhərinin aeroportunda kokain olan zərfləri düşürdüyünü etiraf edib və narkoloji yardım üçün müraciət edəcəyini bildirib. AZƏRTAC xəbər verir ki, hadisə sentyabrın 6-da baş verib. Texas ştatının polisi bildirib ki, aeroportda olan müşahidə kameraları qanunverici məclisin üzvünün avtomobilinə minməzdən əvvəl üzərində rəsmi dövlət ...

Davamı

Günün qoroskopu: “Gün çox şey vəd edir. İşgüzar aktivliyiniz çox yüksəkdir”

Qoç – ətrafınızdakılara qarşı çox tələbkar olmayın. Dilinizi saxlamaq, birmənalı olmayan situasiyanı zarafata çevirmək elə də çətin deyil, üstəlik, faydalıdır. Bundan başqa, başınızı qatacaq maraqlı bir iş tapın, tənbəllik, bekarçılıq sizi bədbinliyə sürüyəcək. Ailə üzvlərinizin sizin dəstəyinizə və yardımınza ehtiyacı var, amma onlara qayğı göstərərkən nəzakət qaydalarını aşmayın, çox da ...

Davamı
mersin escort
mersin escort