BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Aprel 7 2020
Son xəbərlər
Ana səhifə / 2019 / Dekabr / 13 (page 3)

Daily Archives: Dekabr 13, 2019 13:07

Nazir Novruz Məmmədovun oğluna yüksək vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Məmmədov vəzifəsindən azad olunub. Milletinsesi.az xəbər verir ki, bu barədə Unikal.org-a DİN-dən məlumat verilib. Nazirin digər əmri ilə İ.Məmmədov DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyatçısı təyin olunub.  

Davamı

İnstagram və YouTube-un işində problemlər yaranıb

“İnstagram” sosial şəbəkəsinin işində problemlər bir neçə ölkədə müşahidə olunur. “YouTube” onlayn video hostinqin işində də nasazlıq olub. Trend-in məlumatına görə, bu barədə “Downdetector” xidmətin saytında bildirilib. Ən çox sosial şəbəkədəki nasazlıqlar ABŞ-da, Avropanın bir çox ölkələrində, eləcə də Latın Amerikasında müşahidə olunur. Youtube-un işində problemlər ən çox ABŞ, elecə ...

Davamı

Kubokun oyunlarına hakim təyinatları açıqlandı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün hakim təyinatları açıqlanıb. Qol.az PFL-in saytına istinadən xəbər verir ki, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub. 15 dekabr (bazar) 15:00. “Qəbələ” – “Sabah” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Qəbələ şəhər stadionu 17:00. “Səbail” – “Zirə” Hakimlər: Kamal ...

Davamı

Ötən gün törədilmiş 19 cinayətin üstü açılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 19 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan səkkiz nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın ...

Davamı

Şənbə gününün hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında dekabrın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milletinsesi.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz ...

Davamı

Kefaloniyada qədim Roma gəmisi aşkar edilib

Yunanıstanın Kefaloniya adasında Fiskardo limanı yaxınlığında eramızın birinci minilliyinə aid olan Roma gəmisi aşkar edilib. Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, gəmidə 6 min amfora tapılıb. Gəminin hissələri dənizdə batıb. Arxeoloqların məlumatına əsasən, Fiskardo limanı yaxınlığında tapılan gəmilər arasında bu gəmi ən böyüyüdür və limanın qədim zamanlardan əhəmiyyətini təsdiq edir.

Davamı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,75%-dən 7,5%-ə endirilməsi haqqında qərar qəbul edib. Report-un məlumatına görə, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 9,25% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə yanvarın 31-də ...

Davamı

UEFA-nın yeni reytinqi açıqlandı

Avrokuboklarda qrup mərhələsinin başa çatmasından sonra UEFA reytinqi açıqlanıb. Qol.az xəbər verir ki, Avroliqadakı təmsilçimiz “Qarabağ”ın son görüşündə “Düdelanj”la bərabərə qalması (1:1) ölkəmizin aktivinə 0,250 xal yazdırıb. Reytinqdəki sıramız isə əvvəlki kimi 26-cıdır. “Qarabağ” ötən gün Lüksembruq təmsilçisinə qalib gəlsəydi, Azərbaycan reytinqdə bir pillə irəliləyəcəkdi. Ölkəmiz cari mövsümü 3,375 əmsalla ...

Davamı

İlham Əliyev rusiyalı qubernatorla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milletinsesi.az xəbər verir ki, görüşdə tərəflər arasında maraqlı fikir mübadiləsi aparılıb.  

Davamı

Britaniyada seçkilərdə Boris Consonun partiyası qələbə qazanıb

Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində Baş Nazir Boris Consonun sədrlik etdiyi Mühafizəkarlar Partiyası qələbə qazanıb. APA-nın Böyük Britaniya bürosunun BBC-yə istinadən verdiyi xəbərə görə, hazırkı nəticələrə əsasən, Mühafizəkarlar Partiyası 358, Leyboristlər Partiyası 203, SNP partiyası 48, Liberal Demokratlar isə 11 yer əldə edib. Mühafizəkarlar Partiyasının parlamentdə səs çoxluğu əldə ...

Davamı
mersin escort
mersin escort