BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Aprel 10 2020
Son xəbərlər

Daily Archives: Fevral 13, 2020 17:30

Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların fevralın 14-nə olan məzənnəsini açıqlayıb. Milletinsesi.az-ın AMB-yə istinadən verdiyi məlumata görə, 14.02.2020-ci il tarixindən etibarən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Davamı

İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir: 1.“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 2.1. bu ...

Davamı

Günün ulduz falı – 14 FEVRAL

Qoç – Maraqlı ünsiyyət vəd edən gündür. Dəvət aldığınız toplantı və tədbirlərə qatılın. Günlə bağlı xüsusi planlarınız varsa, mütləq yerinə yetirin. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Buğa – İntuisiyanıza güvənin. Rasional olmayan addımlar, münasibətlərdəki kompromislər problemlərinizin həllinə radikal təsir edə bilər. İndi hər şeyi izah etmək asan deyil. ...

Davamı

Şagirdlərin yerdəyişməsinə yenidən başlanıb

Fevralın 13-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir. Milletinsesi.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ ...

Davamı

Bu dairələrin şikayətləri DSK-lara göndərildi

MSK-nın iclasında 81 saylı Beyləqan, 50 saylı Abşeron-Qobustan, 72 saylı Yardımlı-Masallı, 42 saylı Sumqayıt, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə daxil olan şikayətlər araşdırılıb. Milletinsesi.az xəbər verir ki, bu şikayətlərin araşdırma səlahiyyəti dairə seçki komissiyalarına aid olduğundan müvafiq DSK-lara göndərilməsi barədə qərar qəbul edilib.  

Davamı

Hərbçilərimiz icbari narkoloji müayinədən keçəcək

Azərbaycanda hərbçilər icbari narkoloji müayinədən keçəcək. Report xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üçün İş planı”nda qeyd olunub. İş Planında narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə çağırışçıların və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari ...

Davamı

Cəlilabad rayon sakinindən ov tüfəngi götürüldü

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çinar kənd sakini N.Fərəcovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-17” markalı ov tüfəngi aşkarlanaraq götürülüb. Faktla bağlı ...

Davamı

Bakının mərkəzində hərəkət dəyişdirildi

Paytaxtın Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən Milletinsesi.az-a verilən məlumatda bildirilir ki, bununla əlaqədar, kəsişmədə işıqfor obyekti işə salınıb. Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq. Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti ...

Davamı

Yaponiyada güclü zəlzələ

Yaponiyada 7 bal gücündə zəlzələ baş verib. Milletinsesi.az xəbər verir ki, ölkənin Mərkəzi Meteorologiya Agentliyinin yaydığı məlumata görə, zəlzələ Yaponiyanın Hokkaydo adasında və Hönsü adasının şimalında qeydə alınıb. Zəlzələnin episentri İturup adasının cənubunda (cənubi Kuril), 160 kilometr dərinlikdə yerləşir. Sunami təhlükəsi yoxdur. Zəlzələnin fəsadları barədə məlumat verilmir.  

Davamı

Sabunçu rayonunda ev yanıb

Sabunçu rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində üç otaq və aynabənddən ibarət evin 50 kvadratmetrlik sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Davamı
mersin escort
mersin escort