BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Oktyabr 21 2019

Bakıda FACİƏ – 4 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü


Bakıda azyaşlı 8-ci mərtəbədən yıxılıb ölüb.

Milletinsesi.az xəbər verir ki ,Hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Adil Əlbabayev küçəsi ev 1, mənzil 16-da baş verib.

Bakı şəhər sakini, 2015-ci il təvəllüdlü Almədədov Qiyas Füzuli oğlu binanın 8-ci mərtəbəsində yerləşən həmin mənzilin yataq otağının pəncərəsindən yıxılıb.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. (trend)