Əli Məsimli: ”Rqabət Məcəlləsinin qəbulu vacibdir”

”Rqabət Məcəlləsinin qəbulu vacibdir”

 

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli deyib.

 

Əli Məsimli bildirib ki, Azərbaycanda antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik aktları əsasında, beynəlxalq təcrübə, o cümlədən Avropa, MDB dövlətlərinin təcrübələri öyrənilməklə yeni Rəqabət Məcəlləsi layihəsi hazırlanıb: “2006-cı ildən bu yana keçən uzun fasilədən sonra Rəqabət Məcəlləsi yenidən işlənilib Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planına salınıb.Bu ilin Yaz sessisysı başa çatır,amma Rəqabət Məcəlləsi ilə bağlı gözləntilər hələ ki,özünü doğrultmur. Yaxın vaxtlarda Rəqabət Məcəlləsinin Milli Məclisə təqdim edilməsi və qəbul edilməsini çox vacib hesab edirik. 

 

Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanda azad rəqabət mühitinin formalaşmasının təkmil hüquqi bazasının yaradılmasına böyük töhfə olar.Rəqabəti və azad sahibkarlığı təşviq etməklə, həm iqtisadi inkişaf templərini,həm məhsul və xidmətlərin keyfiyyətini xeyli artırmaq, həm də istehlakçıların hüquqlarının müadfiəsini xeyli gücləndirmək olar,eləcə də  inhisarçılıqdan qaynaqlanan süni qiymət artımının qarşını da xeyli dərəcədə almaq olar”.

 

Mənbə

Share: