Boltonun yerinə Pompeo gəlir? – Tramp açıqladı

ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri təyin edilməyəcək.

Milletinsesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib. Tramp bu məsələni Pompeo ilə müzakirə etdiyini, amma onun bu vəzifəni qəbul etmədiyini bildirib.

Qeyd edək ki, Tramp bundan öncə milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə 5 nəfərin namizədliyini nəzərdən keçirdiyini açıqlamışdı.

Share: