Süni intellektlə bağlı vacib ÇAĞIRIŞ

Dünyanın bir sıra texnologiya korporasiyalarının və aparıcı universitetlərinin nümayəndələri qlobal səviyyədə süni intellektin bəşəriyyət üçün təhlükələri barədə birgə bəyanat dərc ediblər.

 

Modern.az xəbər verir ki, bəyanat xəbərdarlıq xarakterlidir.

 

Qısa bəyanatda deyilir: “Süni intellektin məhv etmə riskinin azaldılması pandemiya və ya nüvə müharibəsi kimi cəmiyyət üçün digər risklər qədər qlobal prioritet olmalıdır.”

 

Bəyanatı “Google”, “Microsoft”, “OpenAI” şirkətlərinin, Harvard, Oksford, Berkeley, Princeton, Yale universitetlərinin, Massaçusets Texnologiya İnstitutunun (MIT) nümayəndələri, habelə bir neçə keçmiş siyasətçilər – BMT-nin tərksilah üzrə keçmiş xüsusi nümayəndəsi Angela Keyn, Böyük Britaniyanın baş naziri Boris Consonun keçmiş elm və texnologiya müşaviri Ceyms Filips, Estoniyanın keçmiş prezidenti Kersti Kalyulayd və digərləri imzalayıblar.

 

Müraciət müəllifləri qeyd edirlər ki, onlar süni intellektlə bağlı bütün potensial risklərin geniş ictimai müzakirəsinə, eləcə də ekspertlərin və ictimai xadimlərin köməyi ilə geniş ictimaiyyət üçün əlçatan olan süni intellekt haqqında məlumatın formalaşmasına çağırırlar.

Mənbə

Share: