Buna görə namizəd olmağını istəmədik

Buna görə namizəd olmağını istəmədik

Türkiyədə müxalif Xalqların Demokratik Partiyasından (HDP) qurumun sabiq həmsədri, hazırda həbsdə olan siyasətçi Selahattin Demirtaşın tənqidlərinə münasibət bildirilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə HDP-nin sözçülərindən Ebru Günay danışıb.

 

O, Demirtaşın ilk turda prezidentliyə namizəd olması ilə bağlı təklifinə nə üçün rədd cavabı verilməsini belə əsaslandırıb:

 

“Partiyada onun hüquqi vəziyyəti (həbsdə olması – red.) ilə əlaqədar olaraq namizədliyi məsələsi dəyərləndirilmədi. Özü də bundan sonra qadın namizədin irəli sürülməsinin üzərində dayandı. Lakin sonradan zəlzələ baş verdi. Bu hadisə siyasi prosesləri dəyişdi və HDP namizəd çıxarmamaq barədə qərar qəbul etdi”, – deyə o qeyd edib.

 

Xatırladaq ki, Demirtaş prezidentliyə namizəd olması ilə bağlı təklifi ilə yanaşı, partiya haqqında başqa tənqidlər də səsləndirmişdi. O, dünən aktiv siyasətdən getdiyini elan edib.

Bu xəbər ilə bağlı

Demirtaş HDP-dən şikayətləndi: Namizəd olmaq istədim, imtina etdilər…


Xəbəri oxu

Mənbə

Share: