Gürcüstanda genişmiqyaslı aksiya olacaq – İnaşvili

Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyası ABŞ-ın Tiflisdəki Səfirliyi qarşısında genişmiqyaslı etiraz aksiyası keçirəcək.

Milletinses.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında partiyanın lideri İrma İnaşvili deyib. O, aksiyanın sentyabrın 15-də baş verəcəyini bildirib:

“Biz amerikalı tərəfdaşlarımıza deyəcəyik ki, Saakaşvililər, Bokeriyalar, Kramerlər bizim rəislərimiz deyillər. Gürcüstan suveren dövlətdir. Biz hörmətə layiqik. Biz ABŞ-a müstəmləkə olmaq istəmirik”.

Share: