Əmək müqavilələrinin sayı 35 faiz artıb 

2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım olub.

 

Modern.az xəbər verir ki, bunu 2018-2023 “Sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda mətbuat konfransında çıxışı zamanı ƏƏSMN nazirinin müavini Anar Kərimov bildirib.

 

“Bu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 400 min nəfərin işlə təmin olunduğu, 62 min nəfərin özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları yaradıldığı, proqramına cəlb olunanların illik sayının 14 dəfə artaraq 16 mini ötdüyü, 445 min nəfərin peşəyönümü xidmətlərə, 16 min nəfərin peşə hazırlığına cəlb edilib.

 

2018-ci ildən sonrakı dövrdə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyi, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açıldığı bildirilib. Qeyd olunub ki, yaxın aylarda Şamaxıda Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi açılacaq, Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinə başlanacaq. Görülən işlər reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verib.

 

Qeyd olunan dövrdə Nazirliyin müəssisələrində 104 min şəxsə reabilitasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 246 min reabilitasiya vasitəsi, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan 416 şəxsə 433 son nəsil yüksək texnologiyalı protez verilib, sosial xidmətlər, günərzi, icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi genişləndirilib.

 

Son beş ildə sosial sahədə geniş elektronlaşma proqramının icra olunduğu, Nazirliyin 153 xidmətindən 140-dan çoxunun elektronlaşdırılıb”..

Mənbə

Share: