Son yarım ildə 500-dən artıq internat məzunu olan vətəndaşa mənzil verilib.
Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zaman deyib.
“Bu sayın artırılması üzrədə işlər aparılır. Prezidentin tapşırığı ilə onlar üçün evlər tikilib. Düşünürük ki, növbəti illərdə rəqəm daha da arta bilər”,- deyə nazir vurğulayıb.