Azərbaycanın voleybol hakimi Türkiyə millisinin oyununu idarə edəcək

Azərbaycanın voleybol hakimi Türkiyə millisinin oyununu idarə edəcək

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından növbəti dəfə təyinat alıb.

O, kişi voleybolçular arasında “Qızıl Avropa Liqası”nda A qrupunda yer alan Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasını idarə edəcək.

Oyun iyunun 4-də Konya şəhərində keçiriləcək. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Burhan İlhan yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Mənbə

Share: