Ukrayna ayda 1000 ədəd PUA istehsal edəcək 

Ukrayna ayda 1000 ədəd PUA istehsal edəcək 

Ukraynada pilotsuz uçuş aparatları (PUA) istehsalı genişləndiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun PUA zabiti Valeriy Borovik CNN-ə açıqlamasında bildirib.

 

O qeyd edib ki, Ukraynadakı müdafiə zavodu ilə müqavilə imzalanıb. Proqnozlara görə, Ukraynada ayda 50 deyil, 1000-dən çox PUA istehsal ediləcək.

 

Şirkətin hazırladığı “Vidsyiç” pilotsuz uçuş aparatı 40 km uçuş məsafəsinə malikdir və 2-3 kq ağırlığında döyüş başlığı daşıya bilir.

Mənbə

Share: