Hindistanın Odişa ştatında qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfər ölüb, 1000-dən çox insan yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
“Hindistanda baş verən ən dəhşətli qəzalardan birində azı 294 nəfər ölüb, 1000-dən çox insan yaralanıb”, – məlumatda deyilir.
Hadisənin baş verdiyi Balasor şəhərinin xəstəxanalarında sıxlıq müşahidə olunduğu bildirilib. Xəstəxanaya aparılmış 100-ə yaxın yaralının vəziyyəti ağır qiymətləndirilir.
Hindistan Dəmir Yolları Nazirliyindən bildirilib ki, artıq hadisə yerində bərpa işləri aparılır.
Qeyd edək ki, Balasor şəhəri yaxınlığında dəmir yolu qəzası iyunun 2-də axşam saatlarında baş verib. Üç qatarın iştirakı ilə baş verən qəzaya səbəb sərnişin ekspress qatarının bir neçə vaqonunun relsdən çıxması olub.