Cənazə namazında partlayış – Ölü və yaralılar var

Cənazə namazında partlayış – Ölü və yaralılar var

Əfqanıstanda bu həftə baş verən hücum zamanı ölən hakimiyyət nümayəndəsinin dəfn mərasimi zamanı partlayış törədilib.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

 

Məlumata görə, cənazə namazı qılanan zaman bomba partladılıb. Hadisə nəticəsində ölən və yaralanların olduğu bildirilir. Hələlik neçə nəfərin öldüyü barədə məlumat verilməyib.

 

Qeyd edək ki, bir neçə gün öncə Əfqanıstanın şimalında avtomobilə quraşdırılan bomba partladılıb və Bədəxşan vilayətinin rəhbərinin müavini öldürülüb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Mənbə

Share: