ABŞ-ın Ermənistandakı yeni səfiri Laçınla sərhəddəki Dığ kəndinə gəldi və…-FOTOLAR 

ABŞ-ın Ermənistandakı yeni səfiri Laçınla sərhəddəki Dığ kəndinə gəldi və…-FOTOLAR 

ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Azərbaycanın Laçın rayonu ilə sərhəddəki  Dığ kəndinə baş çəkib və sərhəddəki vəziyyətlə tanış olub.

 

Moderator.az xəbər verir ki,  bu haqda baş nazir N.Paşinyana bağlı olan  “Aykakan Jamanak” nəşri ABŞ-ın Ermənistandakı səfirliyinə istinadla məlumat yayıb.

“Sünik mərzinə səfəri zamanı səfir Kristina Kvin təhlükəsizlik mühiti ilə bağlı geniş narahatlıqlarını ifadə edən yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri və sakinlərlə görüşüb. Səfir Teq icmasına da baş çəkib və burada sərhəddəki gərgin vəziyyətin birbaşa şahidi olub.

“Hər kəs davamlı və ədalətli sülh gətirəcək sabitlik və təhlükəsizliyə layiqdir”, – deyə səfir qeyd edib”-, məlumatda belə deyilir.

 

Fotodan da göründüyü kimi, ABŞ səfiri durbinlə Zəngəzurun Dığ kəndi yaxınlığından Azərbaycan dövlətinin Həkəri çayı üzərindəki sərhəd-keçid məntəqəsi istiqamətini müşahidə edir.

 

Sultan Laçın

 

Mənbə

Share: