Rusiyanın Tver şəhərində yaşayan kahin insanları zina və spitli içki xəstəliyindən xilas etmək üçün təyyarəyə minərək şəhərin üzərinə bidonlarla müqəddəs su töküb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, xəstəliklərin viruslardan qaynaqlandığını və hər xəstəliyin ilk əvvəl psixoloji olaraq başladığını deyən keşiş təyyarə ilə yerdən təxminən 200-300 metr yüksələrək, şəhərin üzərinə 15 qallon müqəddəs su töküb.
Kahinə insanların müqəddəs suyu ciddi qəbul edilib-edilmədiyi sualı verilib. O, isə cavabında “İnsanlar gülsə də, biz öz işimizi görürük” sözlərini deyib.