“Müharibə zamanı Ukrayna NATO-ya daxil ola bilməz. Bununla belə, hazırda Prezident Aparatı müvafiq sənədlər üzərində işləyir, ona əsasən, Kanada Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Biz başa düşürük ki, bu gün, müharibə zamanı Ukrayna NATO-ya üzv ola bilməz, bu, Alyansa ziddir, lakin bizə kömək lazımdır.
Biz Kanadanın zaminlərdən biri olmasını istəyirik. Bu barədə Castinlə (Trüdo – Qeyd.) danışdıq, indi məsləhətçilərimiz əlaqə saxlayır, müvafiq sənəd üzərində işləyirlər”, – deyə Zelenski bildirib.